Kür...bizim müqəddəsimizdir... - - Mübariz Mənsimov (+FOTO)

Kür...bizim müqəddəsimizdir... - Mübariz Mənsimov (+FOTO)

AZpress.AZ xəbər saytı Mübariz Mənsimovun Kür çayı haqqındakı fikirlərini oxucularla bölüşür:

 

Xan Arazın sularını, süzülüb gəldiyi dağların bərəkətini mavi gözlü Xəzərə qovuşdurandır Dəli Kür. Nə üçün Dəli Kür? Koroğlunun dəliləri. Dəli Domrul. Xalqımız əsrlərlə igid-mərd, həm də saf övladlarını məhz bu ləqəblə çağırıb. Kür hiylə bilməz, xaini bağışlamaz, bildiyini oxuyan, kükrəyəndə yeri yerindən oynadan, dağı-dərəni su altında qoyduğu üçün Dəli Kürdür.

Kürü əsəbləşdirmək olmaz. Çünki o əsəbləşəndə gözü heç nəyi görmür. Ancaq sakit Kürün gözəlliyi də bir ayrıdır. Şair “Kür qırağının əcəb seyrangahı var” dedikdə, məhz sevgi ilə yanaşdıqda Kürün insana hüzur verdiyindən bəhs edir.

Kürün başlanğıcı qədim türk torpağı Anadolu, Xəzərə qovuşanı da yenə türklərin ana yurdu Azərbaycandır.

Bunun üçün Kür demək türk çayı deməkdir...

Ötən əsrin əvvəlində erməni vandalları türkə arxadan zərbə vurduqları zaman qan rəngində axırdı çayımız... Bəzən bizim, bəzən də düşmənin qanı qarışırdı Kürə... Bizi nəvazişlə bağrına alan Kür düşmən üçün kükrəyirdi, yeri, göyü inlədirdi...

Kür onun üçün bizim ismətimizdir...

Kür onun üçün bizim müqəddəsimizdir...

Çox sevinirəm ki, bu gün Kürümüzün, dəli Kürümüzün adını daşıyan gəmi dünya sularında məhz bizim təşəbbüsümüzlə üzməkdədir... 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !