Yaponiya rəssamlarının gözü ilə adlı tədbir-sərgi keçirildi! - +FOTOLAR ( AZpressAZ - Minə Türksoy)

Yaponiya rəssamlarının gözü ilə adlı tədbir-sərgi keçirildi! +FOTOLAR ( AZpressAZ - Minə Türksoy)

AZpress.AZ xəbər saytının məlumatına əsasən bildiririk ki, ötən günlərdə Azərkitab Kitab Təbliğatı Mərkəzində Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatı, Azərbaycan Rəssamlar İttifaqı, Azərkitab Kitab Təbliğatı Mərkəzi, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maariflərdirmə İctimai Birliyi və Sakura Azərbaycan -Yaponiya İctimai Birliyinin dəstəyi ilə layihə rəhbəri və təşkilatçısı Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovaların təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100-illiyinə həsr olunmuş “Yaponiya Rəssamların Gözü İlə” adlı sərgi-tədbir keçirildi. Tədbiri giriş sözü layihə rəhbəri Elnurə İsgəndərova açaraq qonaqları və iştirakçıları salamladı və sərginin mahiyyəti haqqında geniş məlumat verdi. Daha sonra çıxış edənlərdən Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı, əməkdar incəsənət xadimi, professor Ağaəli İbrahimov məs belə səpkili sərgilərin rəssamların başqa xalqların mədəniyyətlərinin yaxından öyrənilməsində və yaradıcılıqlarında fərqli bir yanaşma və stimul verir. Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Politoloq Emin Həsənli Azərbaycan Xalq Cümhuriyyətinin 100-İlliyində gənclərin dünya görüşlərinin inkişafında belə dövlətlərarası tədbirlərin rolunun əvəzolunmaz olduğunu bildirərək İnşallah belə tədbirlərin yaxın gələcəkdə dilbər güşəmiz olan Qarabağımızda keçirilməsini arzuladı. Sonda isə tədbirin səbəbkarlarına Elnurə və Aygün İsgəndərovalara təşəkkür edərək uğurlar arzuladı. Sakura Azərbaycan-Yaponiya İB-nin sədri Təranə Hüseynzadə Yaponiyanın Azərbaycandakı Səfirliyinin Elm və Mədəniyyət Şöbəsinin müdiri Uçıdape Saki və digər səfirlik əməkdaşlarının eləcə də Yaponiyadan təşrif buyurmuş qonaqların sərgi-tədbir haqqında xoş təəssüratlarını bildirdi və iki dövlət arsında belə gözəl tədbirlərin davamlı olmasınının arzu olunan olduğunu bildirdi. Təşkilatçı Aygün xanım bildirdi ki tədbirə 150-dən çox rəssamın 200-ə yaxın əsəri təqdim olunub və müsabiqə əsasında 100 iş seçilib nümayiş olunur. Tədbirin bədii hissəsində tamaşaçılar Yaponiya musiqisi, rəqsləri, xüsusi ilə Əməkdar artist Səlim Abbasovun ifasında Yaponya və Azərbaycana aid biri-birindən möhtəşəm ifasından zövq aldılar. Sonda İştirakçılar diplomla təltif olundular.

AZpress.AZ,Minə Türksoy.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !