İnsanların həyatını təhlükəyə atan qudurğan prado sürücüsü... - (+VİDEO)

İnsanların həyatını təhlükəyə atan qudurğan prado sürücüsü... (+VİDEO)

Bakıda daha bir toy karvanında avtoxuliqanlıq hərəkətləri qeydə alınıb. “Prado” markalı avtomobilin sürücüsü toy karvanı olarkən “şou” göstərməyə başlayıb. Hadisə Heydər Əliyev prospektində üzü hava Limanı istiqamətində baş verib.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə sürücünün insanların həyatını necə riskə atdığı aydın görünür.

“Prado”nun sürücüsü əvvəlcə toy karvanın önünə keçərək kamera qarşısında bir neçə avtoxuliqanlıq hərəkətləri edir. Bu zaman qoşaxətti keçərək yolun əks istiqamətindən gələn avtomobillərin önünə çıxır. Digər sürücülərin sayıqlığı nəticəsində qəza baş verməsinin qarşısı son anda alınır. Avtoxuliqanlıq edən “Prado”nun sürücüsü hətta toy karvanını lentə alan kameramanın əyləşdiyi maşını da vurmaqdan son anda qurtulur.

Özünün və başqalarının həyatını heçə sayan, qanunlara və cəmiyyətə açıq şəkildə hörmətsizlik edən belə sürücülər mütləq cəzalandırılmalıdır.

Qeyd edək ki, daha əvvəl də bu cür avtoxuliqanların əməlləri sosial şəbəkələrdə, mətbuatda ictimailəşdirilib. Dövlət Yol Polisi də bu cür hadisələrə dərhal reaksiya verərək həmin sürücülərin qısa zamanda qanunla nəzərdə tutulmuş şəkildə cəzalandırılmasını təmin edib.

İ.Muradov
Musavat.com 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )