Dövlət Neft Fondunun 2018-ci il büdcəsinə dəyişikliklər edilib -

Dövlət Neft Fondunun 2018-ci il büdcəsinə dəyişikliklər edilib

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2018-ci il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2018-ci il büdcəsinə dəyişikliklər edilib.

Fərmana uyğun olaraq 2018-ci il büdcə gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə Neft Fondunun 2018-ci il büdcəsində Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 9 723 786,1 min manatdan 13 307 411,0 min manata qədər, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər 3 612,0 min manatdan 4 080,0 min manata, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 16 340,0 min manatdan 17 370,0 min manata, valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 1 042 046,1 min manatdan 1 216 734,8 min manata, neft-qaz sazişlərinin imzalanması və icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonus gəlirləri 774 172,0 min manatdan 765 228,1 min manata qədər və Fondun 2018-ci il üzrə büdcə gəlirlərinin ümumi həcmi 11 559 956,2 min manatdan 15 310 823,9 min manata qədər artırılıb.

Fərmana əsasən Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi 9 216 000,0 min manatdan 10 966 000,0 manata qədər artırılıb.
Neft Fondunun 2018-ci il üçün büdcə xərclərinin ümumi həcmi 9 730 221,8 min manatdan 11 480 221,8 min manata qədər artırılıb.

 

                                                                          ***

 

Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası təsdiq edildi

 

Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsinin icrası təsdiq edilib.

Sərəncama uyğun olaraq, ARDNF-nin 2017-ci il büdcəsinin icrası gəlirləri 12 137 503,3 min manat, xərcləri isə 11 015 537,9 min manat olmaqla təsdiq edilib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !