ASAN imza layihəsi dövlətindir və milyonlarla vəsait xərclənib - - Osman Gündüz

ASAN imza layihəsi dövlətindir və milyonlarla vəsait xərclənib - Osman Gündüz

AZpress.AZ xəbər saytı Osman Gündüzün ASAN imza ilə bağlı yazısın oxucularla bölüşür:

Vergilər Nazirliyi və VXSİ Dövlət Agentliyi ( ASAN) bu layihənin reallaşmasında iştirak edib.
Best Solutions, CyberNet və birinci mərhələdə yalnız Azercell şirkəti (sonradan isə Bakcell və Nar-da) bu posesdə iştirak edib. Adi hesablama ilə görmək olar ki Best Solutions və Azercell bu layihədən milyonlarla vəsait qazanıblar.
Layihə indiyədək də davam edir. Kifayət qədər yüksək də tariflər var.
Dünən qəflətən, dövlət şirkəti olan Azercell élan edir ki ASAN imzadan istifadə ilə bağlı aylıq abunə haqqını artıracaq. Əvvəl bu təkzib olunsa da , sonradan Azercell rəsmiləri bunu təsdiqləyiblər. Həm də bunun yalnız onların qərarı ilə olmadığını bildirirlər.
Hələlik yalnız bu mobil operator qiymət artımını élan edib.
ASAN və Vegilər Nazirliyi bildiriblər ki onların bu prosesə qarışacağı yoxdur.
Ümumiyyətlə, son zamanlarda müşahidə olunurdu ki Prezidentin siyasi iradəsi ilə reallaşan və kifayət qədər uğur qazanan ASAN-a mənfi imic gətirən ASAN imza ilə bağlı müəyyən narahatçılıqlar var. Bununla bağlı narahaçılıqlar, burada qayda yaradılması, tariflərin endiirlməsi hər zaman müzakirə predmeti olub.
Beləliklə, dövlət qurumları prosesdən kənarda olduğundan, deməli, ortada qalır Azercell və Best Solutions şirkəti (Bu həmin şirkətdir ki vaxtilə, 2009-cu ildə ölkədə eGov quruculuğu üçün 15 milyon büdcəmizdən vəsait almağına baxmayaraq sonradan NRYTN bütün işləri sıfırdan öz vəsaiti ilə yenidən qurmuşdu).
İndi sual olunur birdən birə dövlət layihəsində xidmət haqqını qaldırmağı kim təşəbbüs edib ? Dövlət büdcəsi ilə qurulan bir infrastrukturda xərclər necə hesablanıb ?
Hansı əsaslar olub ki bu cür ictimai əhəmiyyətli xdimət üçün tariflər 2.5 dəfə qaldırılsın?
Azercell dövlət şirkətinə çevriləndən sonra belə artım necə izah oluna bilər ?
NRYTN –nin bundan xəbəri varmı, nə üçün buna reaksiya verməyib ?
Yoxsa NRYTN əhalinin hesabınamı Azercell şirkətinin durumunu yaxşılaşdrımağı düşünür.?
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !