Kosmosa səyahətin qiyməti məlum oldu -

Kosmosa səyahətin qiyməti məlum oldu

ABŞ-da “Blue Origin” şirkətinin gələn il üçün kosmosa nəzərdə tutulan səyahətlərinin qiyməti məlum olub.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, kosmosa səyahət etmək istəyənlər üçün qiymətlər 200-300 min dollar məbləğində olacaq. Tezliklə “Blue Origin” şirkətinin “New Shepard” kosmik gəmisi ilə sınaq uçuşlarına start veriləcək, gələn ildən isə sərnişinlər üçün bilet satışı həyata keçiriləcək.

Şirkətdən jurnalistlərə bildiriblər ki, “New Shepard” kosmik gəmisi 6 sərnişinin Yerin üzərindəki suborbital fəzada avtonom şəkildə 100 kilometr uçmasına imkan yaradacaq. Uçuş zamanı bir neçə dəqiqə ərzində çəkisizlik şəraitində planetimizi seyr etmək imkanı olacaq və sonda sərnişinlər hermetik kapsulun içində paraşütlə Yerə enəcəklər. Kapsulda ətrafı müşahidə etmək üçün altı pəncərə var və Boeing-747 reaktiv laynerindən üç dəfə hündürdür.

“Blue Origin” şirkəti Texas ştatında sınaq məqsədilə içində sərnişin olmayan kosmik gəminin şaquli havaya qalxma və yerə enmə əməliyyatlarını səkkiz dəfə həyata keçirib. Bundan başqa, “Mannequin Skywalker” mulyajının içərisində olduğu gəmi ilə iki uçuş da yerinə yetirilib. Hazırda şirkət kapsuldan qurtulma sistemi üzərində işləyir və yaxın həftə ərzində sınaqlara yekun vurulacaq.

“Blue Origin” ildə 300 milyard dollara başa gələcək qlobal kosmos iqtisadiyyatı yaratmaq niyyətindədir. Uçuşların təşkilatçısı, sərvəti 112 milyard dollara çatan Ceff Bezos kosmik turizm sahəsində öz həmkarları Riçard Brenson və İlon Mask ilə rəqabət aparacaq. Brensonun “Virgin Galactic” şirkəti artıq kosmosa səyahət üçün hər biri 250 min dollarlıq 650 bilet satdığını bildirib, lakin uçuşların tarixi hələ açıqlanmayıb. Maskın “SpaceX” şirkəti isə əsas məqsədin insanların kosmosda yaşamasını təşkil etmək olduğunu söyləyib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !