Yaponiyada isti havaya görə 14 nəfər ölüb -

Yaponiyada isti havaya görə 14 nəfər ölüb

Yaponiyanın qərbindəki bəzi bölgələrdə davam edən anomal istilərə görə son üç gündə azı 14 nəfər ölüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, yerli mətbuat bir neçə min insanın tibb müəssisələrinə müraciət etmək məcburiyyətində qaldığını yazıb.

Yaponiyanın Meteorologiya Xidmətindən bildirilib ki, dünən Gifu prefekturasında havanın tempraturu 39 dərəcəyə çatıb. Meteoroloqlar bu göstəricinin bu ilin əvvəlindən Yaponiyada qeydə alınan ən yüksək temperatur olduğunu vurğulayıblar.

Qeyd edək ki, Yaponiyada bitməyən leysan yağışları ölkənin bir sıra bölgələrində daşqınlara səbəb olub, nəticədə 200-dən çox insan ölüb, onlarla adam itkin düşüb. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !