Wing Chun Azərbaycanda! - +FOTOLAR ( AZpressAZ - Rüstəm İsmaylov, Minə Türksoy)

Wing Chun Azərbaycanda! +FOTOLAR ( AZpressAZ - Rüstəm İsmaylov, Minə Türksoy)

Ötən gün Bakı Biznes Universitetində “Wing Chun” Döyüş Sənəti Federasiyasının açılması ilə bağlı mətbuat konfransı keçirilib.AZpress.AZ xəbər saytının məlumatına əsasən bildiriririk ki, bu döyüş sənəti 10 ildən artıqdır Azərbaycanda tədris olunmağa başlayıb. Artıq bu ildən etibarən isə federasiya kimi fəaliyyət göstərir.

Tədbirə dəvət olunmuş qonaqlar arasında Bakı Şəhər Baş İdman İdarəsinin rəisi Raqif Abbasov yer alıb. O federasyanın təşkilatçılığı ilə mütamadi olaraq paytaxt və ölkə çempionatlığının keçiriləcəyinin və regionlarda da nümayəndəliklərin yaradılacağını söyləyib. Onlara yeni döyüş uğurları arzulamış və hər zaman bayrağımızı yüksəklərə qaldırmağı tövsiyyə etmişdir. Qeyd edək ki, tədbirə bir çox rəsmi qonaqlar və media nümayəndələri qatılmışdır.


Daha sonra idarə heyətinin üzvlərinə vəsiqələr təqdim olunub.

Keçirilən mətbuat konfransında federasiyanın gələcək planları və qarşısına qoyduğu məqsədlər haqqında federasiyanın prezidenti beynəlxalq dərəcəli usta Asif Sayadov ətraflı məlumat verib.

Tədbirə dəvət olunmuş qonaqlar arasında millət vəkili Ülvi Quliyev, məşhur idmançılarımız Elnur Məmmədli, Rafael Ağayev, Eduard Məmmədov, Rəşad Əhmədov, Hacı Əliyev, Nizami Paşayev, Şahin İmranov, Elçin Eminov və başqaları yer alıb.

-- AZpress.AZ,Minə Türksoy 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !