Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib - (+FOTO)

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib (+FOTO)

AZpress.AZ xəbər verir ki, Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən regionlarda reydlər davam etdirilir.
Reyd zamanı Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 15 iyul 2018-ci il tarixində Qəbələ rayonunun Bum meşəbəyliyinin 6 saylı dolayında gecə saat 4 radələrində “URAL” markalı dövlət nömrə nişanı olmayan avtomobil saxlanılıb. Avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 8 m3 həcmində yaş fıstıq cinsli meşə materialı aşkar edilib və sənədləşmə işləri aparılır. Qanun pozucusu barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar rayon polis şöbəsinə göndəriləcək.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !