Eldar Əzizov - Bakı Şəhər İH başçısının müavini təyin olundu (YENİLƏNDİ)

Eldar Əzizov Bakı Şəhər İH başçısının müavini təyin olundu (YENİLƏNDİ)

 Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunub.

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İH başçısının müavini təyin olunub.

Bakı Şəhər İH-dən APA-ya verilən məlumata görə, E. Əzizov bu gün vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, E. Əzizov buna qədər Bakının Səbel rayonunun İH başçısı vəzifəsində çalışıb.

Xatırladaq ki, hazırda Bakı şəhər İH başçısı təyinatı yoxdur.

 

                                                                                 ***

 

Bakı merinin birinci müavini təyin olunan Eldar Əzizov kimdir? – DOSYE

 

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İH başçısının müavini təyin olunub.
Minval.İnfo xəbər verir ki, Bakı Şəhər İH-dən verilən məlumata görə, E. Əzizov bu gün vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, E. Əzizov buna qədər Səbel rayon İH başçısı vəzifəsində çalışıb.

Eldar Əzizov kimdir?

Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun Komsomol Komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib.
1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.
1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 2000-2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, 2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı, 2011-2015-ci illərdə isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikasının Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Memarlar İttifaqının fəxri üzvü, “Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilmişdir. Ailəlidir, iki övladı var.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

 

 

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !