Cavadxan QASIMOV: - 14 İYUL - AZƏRBAYCANIN REGİONAL SİYASƏTİNDƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MÖHKƏMLƏNƏN İNKİŞAF TARİXİ

Cavadxan QASIMOV: 14 İYUL - AZƏRBAYCANIN REGİONAL SİYASƏTİNDƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MÖHKƏMLƏNƏN İNKİŞAF TARİXİ

14 iyul Azərbaycan Respublikasının son 50 illik inkişaf tarixinin başlanğıcıdır. Ötən yarım əsrdə ölkəmiz istər keçmiş İttifaq dövründə, istərsə də hazırkı müstəqillik şəraiti üçün mükəmməl sosial-iqtisadi baza formalaşdırdı. Xalqımızın ümummilli lideri böyük Heydər Əliyevin uzaqgörən rəhbərliyinə aid olan bu dövrlər Azərbaycanın və onun regionlarının istehsal-iqtisadi əhəmiyyətinin gücləndirilməsi sahəsindəki nailiyyətlərlə yadda qaldı. Bu illər ölkəmizin keçmiş İttifaqa daxil olan digər respublikalar arasındakı üstünlüyünün təmin edilməsi ilə xarakterizə edilə bilər.
Ulu öndər keçmiş SSRİ-nin zaman-zaman soyuq münasibətlərinə baxmayaraq Azərbaycan Respublikasının iqtisadi gücünün artırılması, istehsal potensialının genişləndirilməsi, təbii sərvətlərindən sərbəst istifadə edə bilməsi sahəsində mühüm addımlar atmaqla, bu günkü müstəqillik dövrünün əsaslarını qoymuş oldu. İstehsalın Azərbaycanın bütün regionlarına doğru genişlənməsi, bu sahədəki münasibətlərin inkişafı, iqtisadiyyatın təminat qabiliyyətliliyinin möhkəmlənməsi məsələləri məhz 14 iyuldan başlanan strateji nailiyyətlərdir.
Bu dövrdən etibarən elə ölkəmizin regional siyasətinin səmərəli təşkili sahəsində də mühüm uğurlar əldə edildi ki, bu da hazırkı nailiyyətlərin çox mühüm bazasını təşkil etməkdədir. Sosiallaşma səviyyəsinin yüksəldilməsi, bu sahəyə aid proseslərin düzgün təşkili və idarə olunması, xüsusən də, elmin, təhsilin, səhiyyənin, dünyagörüşün, mədəni keyfiyyətlərin və digər amillərin inkişafı 14 iyul tarixinin əhəmiyyətini və ümummilli liderin böyük Adını göstərməkdədir. Bu dövrdən başlayaraq Azərbaycanda, eləcə də onun regional siyasətinin səmərəliliyinin yüksəldilməsində özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikasında davamlı və perspektivli sosial-iqtisadi proseslərin başlanğıcı qoyulmuş oldu.
Azərbaycan Respublikasında milli iqtisadi inkişafın çoxşaxəli perspektivlər üzrə inkişaf etdirilməsi onun səmərəli regional siyasətinin də məhsuldarlığına yol açmaqdadır. Xalqımızın ümummilli lideri böyük Heydər Əliyevin başlatdığı müasir iqtisadi islahatlar Naxçıvan Muxtar Respublikasından başlanmaqla bütövlükdə ölkəmizin regional və milli iqtisadiyyat quruculuğu proseslərində hərəkətverici amil oldu. Yüksək iqtisadi səmərəyə malik yeni təsərrüfat subyektlərinin yaradılması, bu sahədəki fəaliyyətin və təşəbbüslərin dəstəklənməsi, hüquqi tənzimləmə mexanimzlərinin çevikliyinin təmin edilməsi, istehsal amilinin daim üstün tutulması ilə cəmiyyətin artan təlabatlarının dolğun qarşılanmasına xidmət edəcək iqtisadiyyatın qurulması və digər məsələlər daimi aktuallığı ilə seçildi.
Ötən illərdə, xüsusən də böyük ideyalara söykənməklə son 22 ildən artıq dövrdə iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi onun müqavimət gücünün də artmasına stimul vermişdir. Ardıcıl uğurları ilə seçilən bu məqsədlər istiqamətində qətiyyətli addım atmaqla muxtar respublikada 1995-2017-ci illərdə:
• əsas makroiqtisadi göstərici olan ümum daxili məhsul istehsalı 62 dəfə;
• sənaye məhsulunun həcmi 106 dəfə;
• əsas kapitala yönəldilən investisiyaların həcmi 330 dəfəyə yaxın;
• kənd təsərrüfatının ümumi məhsulu 12 dəfə;
• informasiya və rabitə xidmətləri 118 dəfədən çox;
• pərakəndə əmtəə dövriyyəsi 46 dəfəyə yaxın;
• əhaliyə göstərilmiş ödənişli xidmətlər 62 dəfəyə yaxın
• orta aylıq əmək haqqı 26 dəfədən çox artmışdır.
Aydındır ki, muxtar respublikamız bütün bunları uzun illərdir davam edən erməni daşnaqları tərəfindən salındığı blokada vəziyyətində əldə etməişdir. Nəticə etibarı ilə qeyd edə bilərik ki, muxtar respublikada yaradılmış sağlam iqtisadi mühit, sosial qayğının yüksək səviyyədə təminatı, məqsədyönlü fəaliyyətin təmin edilməsi, makroiqtisadi proseslərin düzgün istiqamətləndirilməsi, milli iqtisadiyyatın perspektivlərinə çevik xidmət edən tədbirlərin qətiyyətlə həyata keçirilməsi blokadanın təhdid və təsirlərinin də məhdudlaşmasına səbəb olmaqdadır.
Artıq güclü və davamlı inkişaf potensialı ilə yoluna davam edən, bununla da hər birimiz üçün qürur mənbəyi olan Naxçıvan Muxtar Respublikası 2018-ci ilin birinci yarısını geridə qoydu. Ötən dövr muxtar respublikada bütün üstün tərəflərilə yanaşı, həm də:
- islahatların davam etdirilməsi və uzaq gələcək üçün ən yaxşı, eləcə də ən səmərəli mexanzimlərin tətbiqi ilə;
- hədəflərə doğru inamla, daha da güclü potensialla addımlamaqla;
- ölkənin əldə etdiyi sosial-iqtisadi inkişafa verdiyi töhfələrlə;
- sosial-iqtisadi inkişaf proseslərinin təkcə daxili persepktivlərə deyil, həm də beynəlxalq miqyaslı təşəbbüslərə etdiyi hərəkətverici təsiri ilə;
- milli iqtisadi quruculuq proseslərindəki məhsuldar rolu ilə yadda qaldı.
Bunu cari ilin ötən yanvar-may aylarındakı sosial-iqtisadi göstəricilər də göstərir. Belə ki, bəhs edilən dövrdə əsas makroiqtisadi göstəricinin həcmi 959 milyon 712 min 800 manat dəyərində olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,3 faiz artıqdır. Bu, muxtar respublikada çoxşaxəli və çoxsahəli iqtisadi inkişafın ən dolğun ifadəsi və ən gerçək mənzərəsidir. Həm də bunlar muxtar respublikanın yalnız insan, təlabat, istehsal, inkişaf və perspektivlər anlayışına xidmət edən bir iqtisadiyyata xas olan göstəricilərdir. Çünki, iqtisadiyyat insan amilinin bir potensial qüvvə kimi inkişafına məhz istehsalın fasiləsizliyini və təminat qabiliyyətliliyini təmin etməklə xidmət göstərməkdədir. Məhz ÜDM-nin hər bir nəfərə düşən həcmi bu məqsədlər çərçivəsində reallaşaraq əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artmış və 2116,7 manat olması da fikrimizi təsdiq etməkdədir.
Naxçıvan Muxtar Respublikası günümüzün reallıqları, dünyanın dəyişən çağırışları və artan təlabatlar qarşısında öz müqavimət gücünü daha da artırmaqla dayanmaqdadır. Dünyanın sosial və iqtisadi sahədəki hadisələrini gedişi göstərdi ki, uzaqgörənilk, müdriklik göstərib ötən illərdə özünə güclü baza formalaşdıran ölkələr son on ilə yaxın (2008-ci ildən davam edən dünya iqtisadi-maliyyə böhranı) dövrün sınaqlarından heç bir sarsıntı yaşamadan və itki vermədən çıxdılar. Çox sevindirici haldır ki, bizim ölkəmizdə də iqtisadiyyatın sahə strukturu üzrə düzgün əlaqələndirmənin təşkili müvafiq çətinliklərdən nəinki, itki vermədən çıxdı, hətta yeni və beynəlxalq layihə və təşəbbüslərə müəlliflik etməklə mövcud potensialını həm qorudu, həm də artırdı. Qeyri –neft sektorunun inkişaf hədəfləri, bu sahədəki məqsədyönlülük ölkəmizin regional siyasətinin də səmərəliliyini yüksəltdi və bu, Naxçıvan Muxtar Respublikasının da yeni prioritetlərə doğru addımlarında qətiyyətliliyini artırdı. Sənayeləşmə siyasətinin müəyyənləşdirilməsində, bu sahədə yeni idarəetmənin təşkilində, xüsusən də, Sənaye Parklarının təsis edilməsində və müvafiq sahə üzrə zəruri infrastrukturun yaradılmasında muxtar respublika üzərinə böyük məsuliyyət götürdü və bunu layiqincə yerinə yetirməkdədir. Artıq sənaye muxtar respublika iqtisadiyyatında aparıcı sahədir. Əsas makroiqtisadi göstərici olan ÜDM-nin strukturunda ilk yerdə qərarlaşıb. Bu onu deməyə əsas verir ki, muxtar respublikada iqtisadiyyatın aqrar üstünlüyü ilə yanaşı sənayenin əhəmiyyəti kifayət dərəcədə yüksəlmişdir. İstinad etdiyimiz amil özünü istehsal sahələrinin yaradılmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində, aqrar sənaye inteqrasiyasının inkişafında, məskunlaşmasın stimullaşmasında, mezoiqtisadi potensialın gücləndirilməsində, zəruri infrastrukturun əhatəsinin uzaq məsafələri əhatə etməsində, kommunal təminatların əlçatanlığında, sosiallaşmanın daha da geniş təşəkkülündə, innovativ inkişafın davamlılığlında və s. üstünlüklərin əldə edilməsində göstərməkdədir. Elə bunun nəticəsidir ki, 2018-ci ilin yanvar-may aylarında muxtar respublikada 431 milyon 456 min manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricini 1,6 faiz üstələmişdir. Təbii ki, bu, bir tərəfdən mövcud sahə üzrə məhsuldarlığı göstərirsə, digər tərəfdən həm də yüksək perspektivliyə malik olan muxtar respublika iqtisadiyyatının gələcək uğurlarının da xəbərçisi kimi çıxış etməkdədir.
Qazanılan uğurlar muxtar respublikanın I yarım ilinin pozitivliyi ilə yadda qalacaq. İnfrasturkturun yüksək əhəmiyyəti və investisiya siyasətinin səmərəliliyi çoxşaxəli iqtisadiyyat üçün çox mühüm göstərici olmaqla, təbii ehtiyatlardan səmərəli istifadənin də mümkünlüyünü təmin etmiş, bu isə insanlarda işləməyə münasibətdə ruh yüksəkliyi yaratmışdır. Hər bir insan, hər bir Naxçıvan sakini yaşadığı, havasını udduğu, suyunu içdiyi, çörəyini yediyi bu müqəddəs torpağa ürəkdən və möhkəm tellərlə bağlanmaqdadır. Torpağın hər bir qarışını milli sərvətin tərkib hissəsi kimi qəbul etməklə, ona xeyir və bərəkət rəmzi olaraq yanaşmaqdadır. Əkmək, becərmək, sabahı və gələcəyi bu amillərlə bağlamaq artıq hər addımda özünü göstərməkdədir. Dövlətimizin də kənd təsərrüfatı sahəsində prioritet olaraq seçdiyi məsələ torpaqdan səmərəli, düzgün və təyinatı üzrə istifadə edilməsindən ibarət olması artıq hər bir zəhmətkeşin, hər bir kəndlinin hədəfinə çevrilmişdir. Məhz bu məqsəd, bu hədəf isə kənd yerlərində təsərrüfat sahəslərinin məhsuldarlığını artırmış, kənd təsərrüfatı sahəsində məhsul istehsalının inkişafı dinamikasına çevrilmişdir. Sevindirici hal isə ondan ibarətdir ki, bu prosesləri muxtar respublikanın bütün ucqar ərazi və kəndlərində görmək mümkündür. Yaradılmış sağlam iqtisadi fəaliyyət mühiti isə muxtar respublika iqtisadiyyatında kənd təsərrüfatının çəkisinin də artmasına imkanlar açmışdır. Nəticədə isə aqrar sektor milli iqtisadi inkişafa öz əsaslı töhfələrini verməklə, müəyyən edilən hədəflərə birbaşa xidmət etməkdədir. Təsadüfi deyildir ki, 2018-ci ilin yanvar-may aylarında kənd təsərrüfatı məhsullarının istehsal həcmi bir il öncəyə nisbətən 3,5 faiz artmaqla, 52 milyon 123 min 800 manat təşkil etmişdir.
Beləliklə, Naxçıvan Muxtar Respublikası qeyd olunan sosial-iqtisadi inkişaf göstəricilərinin bütün sahələr üzrə davamlılığını və artım tempini özündə əks etdirməkdədir. Hər birimiz üçün qürur olan bu potensial cari ilin I yarım ilində böyük perspektivlər kimi yadda qalacaq.

 

Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !