ANDIMIZ AZƏRBAYCAN - - Rafael Hüseyn (+VİDEO)

ANDIMIZ AZƏRBAYCAN - Rafael Hüseyn (+VİDEO)

BU YENİ NƏĞMƏ HƏLƏ RADİO VƏ TELEVİZİYALARDA SƏSLƏNMƏYİB.
BU YENİ NƏĞMƏ DÜNYA BOYU SƏPƏLƏNMİŞ SOYDAŞLARIMIZA, MİLLƏTİMİZİN ƏZİZ ÖVLADLARINA ÜNVANLANIB.
BU NƏĞMƏ HƏLƏ Kİ, İLK DƏFƏ XARİCDƏ YAŞAYAN SOYDAŞLARLA -- DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ, BU QURUMUN YARADILMASININ 16-CI İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ QURULAN MƏCLİSDƏ EŞİDİLİB.
AMMA ÜMİD EDİRİK Kİ, GÜN GƏLƏCƏK DÜNYANIN DÖRD BUCAĞINDA BU NƏĞMƏ SOYDAŞLARIMIZIN ORTAQ ŞƏRQİSİNƏ ÇEVRİLƏCƏK.
BİZİLƏRİ BİR-BİRİMİZƏ DAHA YAXIN EDƏ BİLƏN YAXŞI NƏ VARSA, GÜN-GÜNDƏN ÇOXALSIN!
HƏR AN ƏL-ƏLƏ, ÜRƏK-ÜRƏYƏ, SƏS-SƏSƏ OLAQ!
O TƏQVİMLƏRİMİZDƏDİR Kİ, 31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ SAYILIR.
ƏSLİNDƏ GƏRƏK SAYI 50 MİLYONU AŞAN DÜNYA AZƏRBAYCANLILARI ÜÇÜN YENİ AÇILAN HƏR SƏHƏR HƏMRƏYLİK, DAHA SIX BİRGƏLİK GÜNÜ HESAB EDİLSİN.
BU DÜŞÜNCƏ BİZLƏRÇÜN HƏYAT TƏRZİNƏ ÇEVRİLƏNDƏ, HƏR BİRİMİZİN VARLIĞINDA NƏBZ KİMİ DÖYÜNƏNDƏ İNDİKİNDƏN MİN QAT GÜCLÜ OLACAĞIQ.
TANRI VƏ TALE O GÜCÜ MİLLƏTİMİZDƏN ƏSİRGƏMƏSİN!

ANDIMIZ AZƏRBAYCAN

Musiqi: Faiq Sücəddinov
Sözlər: Rafael Hüseynov

Dünya heyran bu şirin, vüqarlı, dogma sözə,
Əlli milyon insanı qovuşduran möcüzə.
Əlli milyon soydaşın damarında axan qan –
Ruhumuz, varlığımız, andımız Azərbaycan!

***,
Harada məskən salsan, könlün, canın Vətəndə,
Döyünən ürəyindir Vətən sənin sinəndə.
Vətən uzaqda deyil, Vətən daha yaxındır,
Sən bu elin oğlusan Vətəninə yaxın dur!

***
Vətəndən uzaqlara səni qismət apardı,
Doğma sahillərindən səni tale qopardı.
Əl uzatsan Vətənə əllərini sıxan var,
Məhəbbətlə Vətəndə sənə qucaq açılar.
***
Sənin soyun şərəfli odlar yurdu övladı
Harda olsan qoru sən, ucalt bu şanlı adı.
Vətən sənə güvənər, sən millətin səsisən
Vətən sənin dayağın, millətinlə güclüsən!
***
Dünya heyran bu şirin, vüqarlı, dogma sözə,
Əlli milyon insanı qovuşduran möcüzə.
Əlli milyon soydaşın damarında axan qan –
Ruhumuz, varlığımız, andımız Azərbaycan! 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !