AST Telmanın möhtəşəm oteli - - Xarabalığa çevrilir (+FOTOLAR)

AST Telmanın möhtəşəm oteli - Xarabalığa çevrilir (+FOTOLAR)

2009-cu ildə Riçard Gir, Şeron Stoun, Monika Belluççi, Paris Hilton kimi simaların qatıldığı, dünyanın ən dəbdəbəli oteli adı ilə qapılarını müştərilərin üzünə açan azərbaycanlı iş adamı Telman İsmayılovun "Mardan Palas” oteli bərbad vəziyyətdədir. Bütün dünyanı heyrətə gətirən 560 otaqlı möhtəşəm otel bu günlərdə xarabalığa çevrilmək üzərədir. Borclarına görə bağlanan oteldə hazırda yalnız 30 nəfərlik təhlükəsizlik əməkdaşı fəaliyyət göstərir.

AZpress.AZ axar.az-a istinadən bildirir ki,bu barədə "Hürriyyət” müxbiri Səlim Uzun yazıb. Uzunun sözlərinə görə, 15 gün əvvələ kimi suları belə gəlməyən oteldə peyzaj təsvirlərinin demək olar ki, hamısı quruyub. Oteli əhatə edən bürünc rəngli barmaqlıqların böyük hissəsi oğurlanıb. Baş verən oğurluq hadisələrinə görə dəmir barmaqlıqlar sökülüb və anbara qoyulub.
Otelin nişanəsi sayılan əqrəb formasındakı əsas körpü və körpünün qanad hissəsində quraşdırılmış VİP kabinələr çökmək üzrədir. Otelin qarşısındakı məşhur çimərliyin vəziyyəti heç də fərqli deyil. Misirdən gətirilən, yandırmayan və yapışmayan xüsusiyyətlərə sahib 9 min ton qızıl rəngli qumdan demək olar ki, əsər-əlamət qalmayıb. Otelin ən dəbdəbəli hissəsi sayılan əsas girişdəki işıqlı hovuz boşaldılıb, pilləkən və hovuz ətrafındakı mərmərlərin əksər hissəsi baxımsızlıqdan saralıb. Əsas girişdəki ot örtüyü də uzun müddət sulanmadığı üçün quruyub.

Xatırladaq ki, "Mardan Palas”ın açılış mərasimi 25 milyon dollara başa gəlmişdi. Açılış mərasimində 151 jurnalist iştirak etmişdi. Açılış mərasimində iştirak edənlər arasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də yer almışdı. Otelin özünün inşasına isə 1,5 milyard sərf olunmuşdu. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !