Azərbaycanlı qız Türkiyədə faciəvi şəkildə öldü - (+VİDEO)

Azərbaycanlı qız Türkiyədə faciəvi şəkildə öldü (+VİDEO)

Türkiyəyə istirahətə gedən azərbaycanlı qız faciəvi şəkildə ölüb.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, şəlalənin üzərindəki qayalıqlarda gəzərkən müvazinətini itirən 27 yaşlı Məryəm Ömərova şəlalədən yıxılıb.

Hadisə Türkiyənin Muğla şəhərinin Fethiye bölgəsindəki “Kaba Koyu” turizm ərazisində baş verib. Azərbaycanlı qızın meyitini ərazidə gəzən turistlər aşkar ediblər. Hadisə yerinə gələn xilasedicilər 2 saatlıq iş prosesindən sonra Məryəm Ömərovanın meyitini oradan çıxara biliblər.

 

Qeyd edək ki, Məryəm iyulun 6-da rəfiqəsi ilə birlikdə sözügedən istirahət mərkəzinə gəlib. Həmin ərazidə yerləşən Aladere şəlaləsinə çıxan Məryəm 15 metr hündürlükdən yıxılıb.

Azərbaycanlı qızın meyitini Ölüdəniz Jandarma Birliyi və Təcili Yardım işçiləri sudan çıxarıblar. Daha sonra Məryəmin meyiti ekspertiza üçün Fethiye dövlət xəstəxanasının morquna aparılıb. Hadisə ilə bağlı araşdırma başlayıb.

 

Faralya bələdiyyə sədri Hasan Karabulut baş verən hadisədən dolayı üzgün olduğunu ifadə edib: “Aladere şəlaləsindəki yaşanan hadisədə azərbaycanlı qızın həyatını itirməsinə görə çox üzgünük. Şəlalənin olduğu əraziyə 1,5 saatlıq yol var. Bu yol da çox təhlükəlidir. Turistlərin bu kimi təhlükəli qayalıqlara qalxmamasını tövsiyə edirik”.

Qeyd edək ki, bu ərazidə ötən ay da oxşar hadisə baş vermişdi.

İyun ayının 18-də baş verən hadisədə 32 yaşlı bir qadın həyatını itirmişdi. Qayalıqlara çıxan qadın selfi (özçəkim) etmək istəyərkən ayağı sürüşərək, şəlalədən yıxılmışdı. 7 aylıq hamilə olan qadın hadisə yerində dünyasını dəyişmişdi.

Turan Oruc,
Musavat.com 

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !