Bakı Musiqi Akademiyasında görüş keçirilib... - (+FOTOLAR)

Bakı Musiqi Akademiyasında görüş keçirilib... (+FOTOLAR)

20 – 21 iyun 2018-ci il tarixində EaPconnect layihəsinin rəhbəri Maria Minarikova, Estoniya Musiqi və Teatr Akademiyasının Beynəlxalq əlaqələr və səhnə fəaliyyəti üzrə prorektoru Henry-David Varema, İT direktoru İnnar Jarva, Bəstəkarlıq və İmprovizasiya kafedrasının Baş koordinatoru Paolo Girol və Estoniya Caz Cəmiyyətinin müdiri, professional caz ifaçısı Laura Poldvere Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuşlar.
20 iyun tarixində Paolo Girol, İnnar Jarva və Laura Poldvere Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, pianoçu, professor Yeganə Axundova ilə görüşmuşdür. Görüş zamanı GEANT şəbəkəsi tərəfindən maliyyələşdirilən EaPconnect layihəsi haqqında söhbət açılmış, eyni zamanda LoLa texnologiyası haqqında geniş məlumat verilmiş və ətraflı fikir mübadiləsi aparılmışdır.
21 iyun tarixində isə ikinci görüş BMA-nın Qara Qarayev adına Konfrans Zalında Estoniyalı qonaqlar - EaPconnect layihəsinin rəhbəri Maria Minarikova, Estoniya Musiqi Akademiyasının prorektoru Henry-David Varema, İT direktoru İnnar Jarva, Bəstəkarlıq və İmprovizasiya kafedrasının baş koordinatoru Paolo Girol və professional caz ifaçısı Laura Poldvere; Bakı Musiqi Akademiyasının nümayəndələri - Beynəlxalq əlaqələr üzrə prorektor Yeganə Axundova, İnzibati və təsərrüfat işləri üzrə prorektor Tahir Fərəcov, Səs mütəxəssisi Azər Hacıəsgərli, İT üzrə mütəxəssis Şamil Məmmədov, Musiqi Nəzəriyyəsi kafedrasının müəllimi Turan Məmmədəliyeva və Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Zülfiyyə Şəfiyeva; AMEA İnformasiya Texnologiyaları İnstitutunun nümayəndələri – AzScienceNet-in şəbəkə təhlükəsizliyi üzrə administratorları Babək Nəbiyev və Tural Mustafayev arasında keçirilmişdir. Baş tutmuş bu görüşdə tərəflər EaPconnect və MİRCO layihələrini, həmçinin LoLa texnologiyasının tətbiq edilməsinin mümkünlüyünü müzakirə etmişlər.
21 iyun tarixində keçirilən görüşlər çərçivəsində Estoniya Musiqi Akademiyasının prorektoru Henry-David Varema ilə BMA-nın prorektoru Yeganə Axundova arasında görüş baş tutmuşdur. Görüş zamanı iki akademiya arasında təhsil və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında söhbət aparılmışdır.
Qeyd etmək lazımdır ki, 22 iyun 2018-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda konfrans keçirildi. Toplantının əsas məqsədi EaPConnect layihəsini, onun imkanlarını və Azərbaycanda elm və təhsilin inteqrasiyasına töhfəsini təqdim etmək, eyni zamanda İnformasiya Texnologiyaları İnstitutu və AR Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalamaq idi. Toplantıda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AR Təhsil naziri Ceyhun Bayramov, AR Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, eləcə də ali məktəb və elmi tədqiqat institutlarının rəhbər şəxsləri və EaPConnect layihəsinin nümayəndələri iştirak etdilər. Toplantının sonunda imzalanan müqavilədə Avropa Birliyinin EaPConnect layihəsi çərçivəsində göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsinin təmin edilməsi, ölkənin ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycanda elm və təhsilin inteqrasiyasının təmin edilməsi, EaPConnect layihəsi çərçivəsində GEANT Şəbəkəsinə qoşularaq institutun əldə etdiyi genişzolaqlı şəbəkə xidmətlərinin ölkənin ali təhsil müəssisələrinin istifadəsinə təqdim edilməsi məsələləri öz əksini tapıb. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasından “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda keçirilmiş konfransda Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, Xalq artisti, pianoçu, professor Yeganə Axundova iştirak etmişdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !