İran teatrı Musiqili Komediya Teatrının səhnəsində! - +FOTOLAR ( AZpressAZ - Rüstəm İsmaylov, Minə Türksoy)

İran teatrı Musiqili Komediya Teatrının səhnəsində! +FOTOLAR ( AZpressAZ - Rüstəm İsmaylov, Minə Türksoy)

AZpress.AZ xəbər saytının məlumatına əsasən bildiririk ki, Bakıda keçirilən İran Mədəniyyəti Günləri çərçivəsində 28-iyun 2018-cib il tarixində Azərbaycan Dövlət Musiqili Teatrında Titovak Teatrı aktyorlarının iştirakı ilə “İlahi Komediya. Cəhənnəm” tamaşası nümayiş olunmuşdur, səhnə əsərinin müəllifi və rejissoru İbrahim Poştkuhidir.
İlk olaraq Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadim Əliqismət Lalayev və İranın mədəniyyət və islam irşad nazirinin müavini Seyid Moctəba Hüseyni çıxış etmiş iki dövlət arasında olan mədəni əlaqələrdən teatrın inkişafından danışmışlar.
Nəzərinizə çatdıraq ki, Titovak Teatrı ilk dəfə Azərbaycanda bu ilin may ayında “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində U.Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanmış “Maqbet-Zar” (İbrahim Poştkuhi, Behranq Abaspur) tamaşası ilə çıxış edib.
1997-ci ildə İranın Hörmüzgan vilayətinin Bəndər Abbas şəhərində fəaliyyətə başlayan Titovak Teatrı dünyanın bir çox ölkələrində sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb, o cümlədən XI və XVII Fəcr Beynəlxalq Teatr Festivalında müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb. Teatrın repertuarında “Qırmızı çıraq”, “Yelkənsiz qayıqlar”, “Biz qayıdanda iki ayaq asılı qalıb”, “Lor kişi”, “Ali fati”, “Unudulmuş evin rənglənməsi”, “Əzmə vaxtı”, “Qanın dövr etməsi kitabı”, “Mərifətdə eşqin həqiqəti”, “Yalnız it bilir ki, niyə hürür”, “Üsyankar bir ruhun satılması” və digər əsərləri yer almışdır. Daha sonra “İlahi komediya. Cəhənnəm” tamaşası nümayiş etdirilmişdir
AZpress.AZ, Minə Türksoy.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !