Bakıda Vergi sahəsində qarşılıqlı etimad mövzusunda dəyirmi masa keçirilib - (+FOTOLAR)

Bakıda “Vergi sahəsində qarşılıqlı etimad” mövzusunda dəyirmi masa keçirilib (+FOTOLAR)

Bakıda Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) və Azərbaycan Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Vergi sahəsində qarşılıqlı etimad” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə vergilər naziri Mikayıl Cabbarov, Vergilər Nazirliyinin digər vəzifəli şəxsləri, “AmCham Azərbaycan”ın rəhbərliyi və təşkilata üzv olan şirkətlərin nümayəndələri iştirak edib. Görüşdə vergi qanunvericiliyi, biznes mühitinin yaxşılaşdırılması və şəffaflıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı iş adamlarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Vergilər Nazirliyinin nümayəndələri biznesə yeni yanaşmalar, vergi ödəyiciləri ilə münasibətlərdə şəffaflığın və hesabatlılığın təmin edilməsi, vergi qanunvericiliyində gözlənilən dəyişikliklərin istiqamətləri ilə bağlı fikirlərini bölüşüb, tədbir iştirakçılarının suallarını cavablandırıblar. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !