Novator adlı filmin təqdimatı keçirildi! - +FOTOLAR ( AZpressAZ - Rüstəm İsmayılov, Minə Türksoy )

“Novator” adlı filmin təqdimatı keçirildi! +FOTOLAR ( AZpressAZ - Rüstəm İsmayılov, Minə Türksoy )

Azərbaycan Milli Konservatoriyasında tanınmış tarzənə həsr olunmuş “Novator” adlı filmin təqdimatı keçirildi!
AZpress.AZ xəbər saytının məlumatına əsasən bildiririk ki, 20-iyun 2018-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında tarzən, Əməkdar Artist, professor Həmid Vəkilovun yaradıcılığına həsr olumuş “Novator” filminin təqdimatı keçirilmişdir .Qeyd edək ki, filmin nümayişindən öncə ssenari müəllifi, Əməkdar Mədəniyyət İşçisi Səadət Təhmirazqızı Həmid Vəkilovun həyat və yaradıcılığı haqqında danışmış və bildirmişdir ki, ekran əsərində tarzənin Azərbaycan Televiziyasının “Qızıl fondu”nda saxlanılan ifalarından istifadə olunmuşdur.
Rəsmi hissədən sonra film izləyicilərə təqdim olunmuşdur. Ekran əsərində Xalq Artisti, professor, Milli Konservatoriyanın rektoru Siyavuş Kəriminin, Əməkdar Artist Sahib Paşazadənin, konservatoriyanın müəllimi Məmmədəli Məmmədovun və başqalarının Həmid Vəkilovun musiqi mədəniyyətimizə verdiyi töhfələrinə dair dəyərli fikirlərinin söylənildiyi kadrlar yer tutmuşdur.
Filmin təqdimatından sonra çıxış edən Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova sənətkar Həmid Vəkilovun özünə xas olan yaradıcılıq üslubundan danışmış və qeyd etmişdir ki, Həmid Vəkilov tarı ilk dəfə ayaqüstə böyük məharətlə ifa edən sənətkar kimi tanınıb. Tarzənin haqqında Bariz Əsədovun “Tarda dünya musiqisi”, Əbülfət Mədətoğlunun “Yarım əsr tarla nəfəs-nəfəsə”, Rafiq Salmanovun “Tar yaşadıqca onu yaşadan sənətkarı da yaşadır”, Rafiq Hacıyevin “Novator tarzən” məqalələri musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.
Filmin quruluşçu rejissoru Namiq Zeynalov ekran əsərində virtuoz ifaçı, novator sənətkarın canlı obrazını yaratmağa çalışdığını bildirib, Həmid Vəkilovun öz bəstələrinin olduğunu nəzərə çatdırmışdır.
Sonda “Tar mənim həyatımdır, tar mənim, mən də tarınam!” - deyən Həmid Vəkilov tədbirin təşkilatçılarına və iştirakçılarına, filmin yaradıcı heyətinə öz minnətdarlığını bildirmişdir.
AZpress.AZ, Minə Türksoy.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !