Məhbus ailəsi "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-yə müraciət etdi -

Məhbus ailəsi "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-yə müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək" adlı layihə çərçivəsində "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-ə məcburi köçkün, Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Zakir Musayev müraciət edib.
O, bildirib ki, 1 il bundan əvvəl azadlıqdan məhrum edilən oğlu məhkumluq həyatı yaşayandan çox ağır psixoloji sarsıntılar keçirir, heç kəslə ünsiyyət qurmur, qeyri-normal hərəkətlər edir. Valideynləri görüş vaxtı bu halların şahidi olub və övladlarının çox gərgin olan psixoloji vəziyyətinin getdikcə daha da kəskin fəsadlar verə biləcəyindən çox narahatdırlar. Odur ki, Z.Musayev oğlunun həkim müayinəsindən keçirilməsi və müalicəsinə köməklik üçün "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-ə müraciət edib.
İctimai Birlik məhbusun gərgin psixoloji durumunu nəzərə alaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə rəsmi müraciət edib. Penitensiar Xidmətin rəhbərliyi tərəfindən İB-in müraciəti əsasında məhbus tezliklə həkim müayinəsindən keçirilmiş və hazırda Penitensiar Xidmətin tabeçiliyində xəstəxana şəraitində müalicə alır.
Bu günlərdə məhbusun atası Z. Musayev İB-in ofisində olmuş, oğlunun çox gərgin olan psixoloji vəziyyətdən çıxmasına köməklik göstərdiyi üçün "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in kollektivinə təşəkkürünü bildirmiş və xüsusi təşəkkürünü Penitensiar Xidmətin rəhbərliyinə çatdırmağı xahiş etmişdir.

Məlahət Abdullayeva

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,