Cavadxan QASIMOV : - AZƏRBAYCANIN BÜTÜN TƏŞƏBBÜSLƏRİ REGİON VƏ DÜNYA ÜÇÜN SÜLH GƏTİRİR VƏ YAXUD MİLLİ QURTULUŞUN BƏXŞ ETDİYİ GÜC

Cavadxan QASIMOV : AZƏRBAYCANIN BÜTÜN TƏŞƏBBÜSLƏRİ REGİON VƏ DÜNYA ÜÇÜN SÜLH GƏTİRİR VƏ YAXUD MİLLİ QURTULUŞUN BƏXŞ ETDİYİ GÜC

12 iyun tarixi ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında yüksək əhəmiyyətə malik olan hadisə olaraq qalacaq. Çünki, bu günün ölkəmiz üçün əhəmiyyəti Azərbaycan Respublikasının və onun müdrik rəhbərinin növbəti dünya əhəmiyyətli təşəbbüslərindən olan Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasiminin keçirilməsindən ibarətdir. Bu tədbirlə, Türkiyə Cümhuriyyətində, Əskişəhərin Seyidqazi rayonunda Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) açılışı bütövlükdə dünya iqtisadiyyatında keyfiyyətcə yeni mərhələni başladacaq. Bununla, Azərbaycan öz təbii qazını Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Avropaya nəql etmək imkanı əldə edəcək.
Kəmərin ümumi dəyəri 40 milyard avro təşkil edir. 


Əsas hədəf kimi Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycan Respublikasından ildə 16 milyard kubmetr qaz Türkiyəyə nəql olunacaq. Bunun 6 milyard kubmetrindən Türkiyə yararlanacaq, qalan 10 milyard kubmetrlik hissəsi isə Avropaya ixrac olunacaq.
Bu günlər həm də ölkəmizdə ulu öndər böyük Heydər Əliyevin rəhbərliyi ilə oddan alovdan, erməni vəhşilərinin işğalçılıq məqsədlərindən, iqtisadi böhran və sosial sarsıntılardan xilas olmağımızla nəticələnən Milli Qurtuluşun təmin edilməsinin 25-ci ili tamam olur. Bu uğurlar ölkəmizdə müdrik idaretmənin insanlara firəvanlıq gətirdiyini göstərir.
Qeyd edək ki, TANAP Azərbaycan Gürcüstan və Türkiyə dövlətlərinin sınanmış müttəfiqliyinin ən gerçək ifadəsi olmaqla, həm də nəinki, regionda, hətta dünyada qüvvələr nisbətinin dəyişdiyini və üstünlüyün bu üçlükdə olduğunu göstərməkdədir. Eyni zamanda Azərbaycan Türkiyə qardaşlığının və Ulu Öndərin Bir Millət İki Dövlət kəlamının hər addımda özünü doğrultduğunu sübut edir. Fikrimizi təsdiq etmək üçün Azərbaycan və Türkiyə arasında 2011-ci il dekabr ayının 24-də Anlaşma Memorandumun imzalanmasını göstərə bilərik. Bunun ardınca 2012-ci il iyun ayının 26-da İstanbul şəhərində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” saziş imzalanıb ki, bu da hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiq edilməklə, sözügedən sahədəki proseslərə hərəkət verici təsir edib.
Bu kəmərin digər tərəflərlə yanaşı bir önəmi də ondan ibarətdir ki, Türkiyənin Gürcüstan sərhədində, Ərdəhanın Posof bölgəsindəki Türk gözü kəndindən başlayaraq, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşxanə, Girəsun, Sivas, Yozqat, Kırşəhər, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ və Ədirnə də daxil olmaqla, düz 20 vilayətdən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala bölgəsində başa çatır. Buradan isə TAP-a birləşməsi nəzərdə tutulur. Yəni böyük zəhmət hesabına xalq və onun sosial firəvanlığı üçün çox böyük işlər görülür.
Milli Qurtuluşumuzun 25-ci ilində ölkəmizin müəllifi olduğu bu uğurlar böyük sosial dayaqlara malikdir. Bu, yüksək mahiyyət daşımaqla:
-ölkə başçısının müdrik rəhbərliyinin nəticəsidir;
- ulu öndər böyük Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi təbii sərvətlərin qiymətləndirilməsindən və onlardan səmərəli istifadə yollarının tapılmasından ibarət enerji strategiyası üçün uğurlu mərhələlərin keçildiyini göstərir;
- Azərbaycanın neft və qaz potensialından sərbəst istifadə etməklə, dünyaya sülh və dostluq mesajları verir;
- iqtisadi müstəqilliyi möhkəmlətməklə, siyasi müstəqilliyin dayaqlarını tam təhlükəsiz edir;
-mövcud potensialdan istifadənin uzaq gələcək üçün nəzərdə tutulduğunu bəyan edir. Azərbaycanın milli –iqtisadi maraqlarının üstün tutulduğunu göstərir.
Proseslərin uğurlu gedişi göstərir ki, Bakı- Tbilisi - Türkiyə müttəfiqliyi düzgün seçimdir və ölkələrin ərazi bütövlüyünə, eləcə də xalqların sosial əminəmanlığına hörmətlə yanaşmaqla, humanistlik axtarışında olan dünya ölkələri üçün model kimi qəbul edilə bilər. Bunu Bakı- Tbilisi - Ceyhan neft kəməri, Bakı- Tbilisi – Ərzurum qaz kəməri və yenə də Bakı- Tbilisi – Qarsı Dəmir Yolunun keçən müddətlər ərzindəki fəaliyyəti də sübut etməkdədir. Bunlar böyük Heydər Əliyevin dahiyanə ideyaları əsasında dünyaya təklif olunan ən möhtəşəm dəyərlərdir. Azərbaycan məhz bu ideyalar əsasında qlobal mövqe yarışında öncüllüyünü nəinki təmin edə bilmiş, hətta beynəlxalq səmərəliliyi yüksək olan təşəbbüslərlə istənilən ölkə üçün nümunədir, məhsuldar təcrübəyə malikdir.
Ölkə Başçımız cənab İlham Əliyev may ayının 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda çıxışı zamanı bu tarixi nailiyyətlər haqqında uzaq görənliklə dedi: Bir sözlə, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə, əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək.

 

 

Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !