"Dövlət əmlakının 65 faizi...vətəndaşlara məxsusdur?... -

"Dövlət əmlakının 65 faizi...vətəndaşlara məxsusdur?...

Özəlləşdirmə çekləri yenidən tədavülə buraxıla bilərmi?

Azərbaycanda özəlləşdirmə çeklərinin bir neçə il öncə təkrar dövriyyəyə buraxılmasına baxmayaraq, bu şansdan yararlana bilməyən vətəndaşlar da oldu. Onların çoxu hələ də ümid edirlər ki, nə vaxtsa yenidən çeklərini istifadə edə bilərlər.

İqtisadçılar bu məsələdə vətəndaşların tərəfindədirlər və özəlləşdirmə paylarının yenidən tədavülə buraxılmasının vacib olduğunu deyirlər. Xatırladaq ki, Azərbaycanda özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanılıb və bir neçə dəfə bu vaxtlar uzadılıb. Yenidən tədavülə isə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılıb. Sonuncu dəfə 23 dekabr 2009-cu il tarixində tədavül müddəti artırılaraq 2011-ci il yanvar ayının 1-də başa çatıb.

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, mövcud qanunlara görə bütün özəlləşdiriləcək dövlət əmlakının 65 faizi özəlləşdirmə payı vətəndaşlara məxsusdur: “Özəlləşdirmə paylarının istifadə müddətinin artırılmasına bu gün də böyük ehtiyac var. Dövriyyəyə buraxılmış çeklərin 80 faizi istifadə olunub, 20 faiz isə istifadə olunmayıb. Biz təklif edirik ki, özəlləşdirmə paylarının yenidən istifadəsi ilə bağlı hökumət tərəfindən müəyyən mexanizmlər işlənib hazırlansın. Bildiyimiz kimi, özəlləşdirmə payları vətəndaşlara dövlət tərəfindən verilib. Bir müddət sonra müəyyən illər ərzində özəlləşdirmə paylarının istifadəsi üçün şərait yaradılıb. Lakin vətəndaşlardan bir qismi bundan yararlana bilib. Məqsədə uyğundur ki, özəlləşdirmə paylarını istifadə edə bilməyən vətəndaşlar üçün də şərait yaradılsın. Ancaq deyə bilərəm ki, özəlləşdirmə paylarının bir hissəsi şirkətlərdə, xüsusən də azsaylı firmalarda olsa da, əhalinin sərəncamında da müəyyən sayda çeklər var. Hətta çeklərin istifadə müddəti başa çatandan sonra da onların “qara bazar”da qeyri-leqal alış-satışı həyata keçirilirdi. Müddətinin artırılması üçün ayrıca fərmana ehtiyac var. Özəlləşdirmə çeklərinin yenidən istifadəsinin mümkünlüyü ilə bağlı qanunverici bazaya baxılması mümkündür. Bu zaman çeklərin kiçik özəlləşdirmədə istifadə imkanlarına baxıla bilər”.

Vətəndaşların öz haqqını tələb etmələrini deyən millət vəkili Fazil Mustafa hesab edir ki, əks halda istifadə olunmayan çeklər yararsız olaraq qalacaq. F.Mustafanın sözlərinə görə, vətəndaş ona çatacaq özəlləşmə payından faydalanmağı bacarmalıdır: “Bir çox insanlar hüquqi cəhətdən məlumatlı deyillər. Bunları aradan qaldırmaq lazımdır. Vətəndaş üçün faydalı olan istiqamətdə addımlar atılmalıdır. Bu kimi məsələlərdə imkan yaratmaq lazımdır. Özü də bu proses şəffaf olmalıdır. Şəffaflıq yoxdursa, şübhə ilə qarşılamaq üçün əsaslar yaranır”.

Ruzbeh MƏMMƏD 

525.az

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !