QHT Milli Qəhrəmanların və vətənpərvərliyin təbliği mövzusunda tədbir keçirib - (+FOTOLAR)

QHT Milli Qəhrəmanların və vətənpərvərliyin təbliği mövzusunda tədbir keçirib (+FOTOLAR)

Milli Qəhrəman Rafiq Nəsrəddinov adına 39 №-li tam orta məktəbdə “Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanların və vətənpərvərliyin təbliği” mövzusunda görüş keçirilib.

 

 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tahirə Şükürova bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində mütəmadi olaraq mili qəhrəmanların tandılması və vətənpərvərliyin inkişafı ilə bağlı tədbirlə keçirilir.

 

 

Daha sonra çıxış edən “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyinin sədri Nəsimi Qarabağlı həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

 

 

Təşkilat rəhbəri Azərbaycanın Milli Qəhrəmanları haqqında geniş məlumat verərək, onların vətən qarşısında xidmətlərindən danışıb. Eyni zamanda xalqımızın bu qəhrəmanları daim yaşatdığını və xatirələrini uca tutduğunu qeyd edib. Nəsimi Qarabağlı bu gün məktəblilərin də sosial şəbəkələr vasitəsi ilə vətənpərvərliyin təbliğinə mühüm tövhə verə biləcəyini qeyd edib.

 

Çıxış edən şagirdlər xaricdən olan həmyaşıdları ilə müxtəlif formada görüşlərdə Azərbaycan həqiqətləri ilə bağlı məlumat verdiklərini söyləyiblər. Görüşün sonunda məktəblilərin vətənpərvərliklə bağlı hazırladıqları müxtəlif tədbirlərdən ibarət slayd nümayiş olunub .

 

 

Qeyd edək ki, görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyi tərəfindən həyata keçirilən “Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanların və vətənpərvərliyin təbliği” layihəsi çərçivəsində baş tutub.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !