Lənkəran teatrının direktoru Türkiyədən işgüzar səfərdən qayıdıb - + FOTO (AZpress.AZ Ağaddin Babayev, Lənkəran)

Lənkəran teatrının direktoru Türkiyədən işgüzar səfərdən qayıdıb + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov qardaş Türkiyə Respublikasından işgüzar səfərdən qayıdıb. AZpress.AZ xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən dəvət olunan T.Heydərov mayın 30-dan iyunun 4-dək burada beş gün müddətində Kültür və Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən teatr festivalında qonaq qismində iştirak edib.”Səfər çərçivəsində İstanbul Şəhər Mədəniyyət və Sosial Məsələlər İdarəsinin müdiri ilə görüşərək, qarşılıqlı əlaqələr barədə fikir mübadiləsi apardıq” – deyə T.Heydərov bildirib. Onun sözlərinə görə, görüş zamanı həmçinin yaxın gələcəkdə hər iki ölkənin teatr kollektivlərinin festivallarda iştirakı, müştərək qastrol səfərlərinin təşkili, kadrların yaradıcılıq və texniki hazırlığı, təcrübə mübadiləsi məsələləri də müzakirə olunub.
Lənkəran teatrının direktoru ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mədəniyyət məsələləri üzrə nümayəndəsinin görüşündə isə hər iki qardaş ölkənin mədəni əlaqələrinin perspektivləri müzakirə obyekti olub.


Ağaddin BABAYEV, Lənkəran

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,