ADPU-də İslam Dünyasında İlk Modern Cümhuriyyət Modeli: AXC adlı konfrans keçirildi - +FOTOLAR ( AZpress.AZ - Minə Türksoy )

ADPU-də “İslam Dünyasında İlk Modern Cümhuriyyət Modeli: AXC” adlı konfrans keçirildi +FOTOLAR ( AZpress.AZ - Minə Türksoy )

Tədbirin kuratorları Azərbaycan Rəssamlar İttifaqının üzvləri Aygün və Elnurə İsgəndərovalardı. tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müəllimlər və tələbələr, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri, yazıçılar, ziyalılar, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, xalqımız böyük tarixi hadisə ərəfəsindədir: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il yanvar ayının 10-da 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu Cümhuriyyət yalnız xalqımızın deyil, eləcə də bütün Türk dünyasının milli qürur mənbəyidir. Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev demişdir: "Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızın azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu". Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlament tipli respublikadır. Azərbaycan Xalq Cümhuriyyəti dünyada ilk dəfə qadınlara seçib-seçilmək hüququ verib. Cümhuriyyət liderlərinin həyat və fəaliyyəti dərindən öyrənilməli, Cümhuriyyət dəyərləri geniş təbliğ edilməlidir". Tədbirin xəfri qonağı Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri, araşdırmaçı, yazar, Dr. İrfan Çiftçi çıxışında cümhuriyyət tarixi, cümhuriyyətin Osmanlı imperiyası ilə münasibətləri, cəditçilik hərəkatı, cümhuriyyət liderlərinin ideyaları haqqında geniş danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev "Biz bir millət, iki dövlətik" deyib. Yüz il bundan öncə Azərbaycan xalqının vətənpərvər ruhlu, müasir, mütərəqqi və demokratik düşüncəli övladları Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar. Azərbaycan Xalq Cümhuriyyətinin Türk dünyasının ictimai-siyasi fikir və dövlətçiliyi tarixində xüsusi şərəfli yeri və mövqeyi var. Hazırda Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edir. Bu münasibətlərin təməli hələ cümhuriyyət dövründə yaranıb. Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı, yazıçı-publisist Nəcibə Bağırzadə çıxışında xalqımızın bu böyük oğlunun həyat və fəaliyyəti, apardığı siyasi mübarizə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, M.Ə.Rəsulzadə gənclik illərindən xalqımızın azadlığı uğrunda mübarizəyə başlayıb. Zəngin biliyə, geniş dünyagörüşünə malik olan M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında əvəzsiz xidmətlər göstərib. Cümhuriyyət dövründə Azərbaycan dili dövlət dili elan edildi, üçrəngli bayrağımız dövlət bayrağı kimi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin xatirəsi bizim üçün həmişə əzizdir.Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, Bədii tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair, tərcüməçi Səlim Babullaoğlu çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı fikir və mülahizələrini bölüşüblər.Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fakültəsinin dekanı, dosent Laçın Həsənova tədbirin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rektoru, professor Cəfər Cəfərova təşəkkür edib. Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb.Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fakültəsinin II kurs tələbələri Aslan Muradoğlu, Elşən Abbaszadə, Əhməd Almuradov sazda "Naxçıvani", "Urfani" mahnılarını ifa ediblər. Fakültənin III tədris ilinin tələbələri Leyla Həsənli, Etibar İsmayılov, Teymur Sadatov tar, kamança və nağarada "On dörd" və "Simayi-şəms" Azərbaycan xalq rəqslərini ifa ediblər. Tələbələrin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.Tədbirin sonunda fəxri qonaq Dr.İrfan Çiftçini qarşıdan gələn doğum günü münasibəti ilə təbrik edib rəsm əsərləri hədiyyə etdilər.
AZpress.AZ

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !