Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib - +FOTOLAR ( AZpress.AZ - Minə Türksoy )

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib +FOTOLAR ( AZpress.AZ - Minə Türksoy )

AZpress.AZ xəbər saytının məlumatına əsasən bildiririk ki, Heydər Əliyev Fondunun təşəbbüsü, Təhsil Nazirliyinin, Heydər Əliyev Mərkəzinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə yüzlərlə azyaşlı, o cümlədən Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirləri iştirak etmişlər. Leyla Əliyevanın festivala gəlməsi isə uşaqların bayram əhval-ruhiyyəsini demək olar ki daha da rəngarəng etmişdir. Hər zaman uşaqlağra qayğı göstərən Leyla Əliyeva uşaqlarla ünsiyyətdə olub, fotoşəkillər çəkdirmişdir.
Nəzərinizə çatdırırıq ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən festival çərçivəsində balacalar üçün maraqlı əyləncə proqramları təqdim olunmuşdur.
Qeyd edək ki, uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir. Ulu Öndərin adını daşıyan Fond yarandığı ilk gündən uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşır.
Bir uşaq günü də uşaqların yaddaşlarında belə maraqlı və əyləncə dolu qalacaq.Körpələrimizə göstərilən hər kiçik diqqət Azərbaycanın gələcəyinin qarantıdır.
AZpress.AZ ,Minə Türksoy  

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !