İTALİYALI TURİSTLƏR LƏNKƏRANDA - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

İTALİYALI TURİSTLƏR LƏNKƏRANDA + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəran Turizm İnformasiya Mərkəzi (TİM) cənub bölgəsinə xarici ölkə
turistlərinin cəlb olunması məqsədilə yeni layihələrə start verib.
AZpress.AZ xəbər verir ki, ilk olaraq İtaliyadan olan turistlər üçün yeni turlar
təşkil olunub.Xarici qonaqlar rayonun Separadi kəndində məşhur “Nənələr” folklor
kollektivinin üzvləri ilə görüşüb, yerli sakinlərin adət-ənənələri, mətbəx
mədəniyyəti, yaşayış şəraiti barədə ətraflı bilgi əldə ediblər. “Nənələr”in ifasında
səslənən qədim el mahnıları turistləri valeh edib.
Lənkəranda olduqları müddətdə İtaliyalı turistlər həmçinin şəhərin mərkəzində
Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi şərəfinə ucaldılmış abidə-
kompleksini, rayon tarixşünaslıq muzeyini ziyarət edib, bölgənin tarixi
məkanlarına, görməli-gəzməli yerlərinə baş çəkiblər.
Lənkəran TİM-nin direktoru İlqar Əzimovun sözlərinə görə, növbəti mərhələlərdə
xarici turistlərin rayonun çayçılıq, sitrusçuluq və digər kənd təsərrüfatı
subyeklərinə turları təşkil olunacaq, bu isə öz növbəsində aqroturizmin inkişafı və
təbliğinə xidmət edəgək.

 


Ağaddin BABAYEV, Lənkəran 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !