DÖVLƏT MÜSTƏQİLLİYİMİZİN 100 İLİ MÜBARƏK OLSUN! - - Zahid Oruc

DÖVLƏT MÜSTƏQİLLİYİMİZİN 100 İLİ MÜBARƏK OLSUN! - Zahid Oruc

Bir neçə il sonra Türkiyə Cümhuriyyəti özünün imperiyadan sonrakı dövlətçilik bayramını qeyd edəcək. Nifrətdən və qərəzdən bir qədər uzaq olan adamlar kənardan baxanda iki türk dövlətinin mahiyyətində, mübarizəsində və simvollarında çox böyük yaxınlıqlar görür,hədsiz tale oxşarlıqları tapırlar.
Birinci dünya müharibəsinin nəticələri, Sovetlər Birliyi və Qafqaz xalqlarının çarizmlə mübarizəsi,Osmanlının qalıqları üzərində inşa edilən müasir bir müsəlman respublikası haqda verilən bütün təsvirlər sanki bizim bir qədər böyüdülmüş məşəqqətli keçmişimizin lentləridir.

 

Lakin türklərdən fərqli olaraq, 3-cü Azərbaycan Respublikası sayılan müasir dövlətimizin yaşının böyük bir hissəsi bolşevik təbəəliyinin altında keçib.Gürcülər və ermənilər totalitar quruluşun çərçivələrinə və qeyri-milli mahiyyətinə baxmayaraq, tarixlərinin heç bir mərhələsindən imtina etmirlər və 70 ili sadəcə riyazi olaraq deyil, həm də gerçək siyasi subyekt kimi İttifaqın tərkibində “şərəfli səhifə” adlandırıraq yubiley hadisəsinin ayrılmaz hissəsinə çevirirlər.Ona görə də dövlət müstəqilllyimizin 100 ilindən bəhs edərkən daxil olduğumuz siyasi-ideoloji formasiyaların və ziddiyətli dövrlərin hökmlərini unutmamalıyıq. 1918-ci ildə Demokratik Respublikanı ərsəyə gətirən böyük mücahidlər və nəhəng fikir adamlarımızın hamısı əbədi azadlıq amalı ilə yola çıxdılar. Rəsulzadə, Xoyski, Topçubaşov və başqaları.Ən sonda,Tanrı və tale məhz prezident İlham Əliyevə istiqlalımızın bir əsrlik mutluluğunu qeyd etməyə hüquq tanıdı və imkan verdi. Artıq fakta çevrilən bu qürur hadisəsi obyektiv xarakter daşımaqla kiminsə şəxsi rəyindən asılı deyil və dövlət ensiklopediyamıza qızıl hərflərlə yazılacaqdır. Bir lider üçün bundan böyük xoşbəxtlik yoxdur.

 

2118-ci ilin Azərbaycanında kimlərin adı şərəf lövhəsində qalacaqsa, fərq etməz.Yetər ki, dövlətimizi var olsun. Allahsevərlər etiqadlarını din adamlarına görə qurmadıqları kimi, azadlıqsevərlər də məmura, xalq vəkilinə və sadə isimlərə görə müqəddəs varlığımız olan dövlətə kinli-küdurətli və ya küskün ola bilməzlər. Dünyadakı siyasi ənənələr belədir-dövlət partiyalardan, siyasətçilərdən və hər cür hikkələrdən ucadır.

 

Cümhuriyyət xalqın olanda onun müəllifi də, yaradıcısı da millətin özü olsa da hər zaman liderlər o böyük arzualrının mücəssiməsi və ifadəçisi sayılırlar.Ona görə də böyük dövlət adamı Heydər Əliyev 20-ci əsrin sonlarında mənsub olduğu xalqın qurucu potensilanı və minillik arzularını səfərbər edərək, Cümhuriyyət qurucularının şərəfinə Azərbaycan adlı dövləti bir abidə kimi ucaltmağa qadir oldu.

 

Dövlət müstəqillyimizin 100 illiyi mübarək olsun!

 

Başladığımız hər yeni sətir millətimizi yeni əsrlərə aparsın və azadlığımız var olsun! 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !