Ordumuzun 100 illiyinə - - Yeni pul əskinasları (+FOTOLAR)

Ordumuzun 100 illiyinə - Yeni pul əskinasları (+FOTOLAR)

Azərbaycan ordusunun 100 illiyi ilə bağlı ilk milli fantastik pullar hazırlanıb.

 

Bu barədə Lent.az-a kolleksiyaçı Çingiz Həziyev məlumat verib. Kolleksiyaçının sözlərinə görə, ilk fantastik pulların mövzusu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyidir:

 

 

“Bunlar qiymətli kağız, pul əskinası sayılmır. Fantaziya pulları sırf kolleksiyalar və kolleksiyaçılar, hədiyyə üçün nəzərdə tutulub. Mənim ikinci sənətim rəssamlıqdır.

 

Oturub fikirləşdim ki, yüzilliklə bağlı nə edə bilərəm. Fantastik pullarımızı buraxmağı qərara aldım. 100 il ərzində silahlı qüvvələrimizin sərkərdələrinin şəkilləri olan fantastik pullar hazırladım. Üç-dörd ay pulun kompüterdə yığılma sisteminə zaman xərcləmişəm. Bütün pulların üzərinə “kolleksiya üçün” yazısı həkk olunub”.
İlk milli fantastik pulların müəllifi Çingiz Həziyev onu da qeyd edib ki, bu pullar satış üçün nəzərdə tutulmayıb. Onun sözlərinə görə, əlli manatlıq əskinasın üzərində şəhid Mübariz İbrahimovun şəkili və onun keçdiyi döyüş yolu öz əksini tapıb:

 

“Pulun ön və arxasında mənim imzam, eyni zamanda, ordumuzun gerbi, müasir Azərbaycanın xəritəsi burada həkk edilib. 250 manatda Cümhuriyyət dövründə hərb naziri Səməd bəy Mehmandarova həsr olunub. Pulun arxasında cümhuriyyət dövründəki xəritəmizi vermişəm. Eyni zamanda, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova, Şah İsmayıl Xətaiyə, Məhəmmədəmin Rəsulzadəyə həsr olunmuş pullar da hazırlanıb Cümhuriyyət qurucuları ilə hazırladığım pulları həmin dövrün əskinaslarına oxşatmağa çalışmışam. Bir daha qeyd edirəm ki, bu pullar hədiyyə və kolleksiyalar üçündür”.

 

Kolleksiyaçı maddi və mənəvi irsimizin yaralı yeri olan, ermənilərin sahiblənməyə çalışdığı “Sarı gəlin”lə bağlı da fantastik pul hazırlayıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !