Gənc skripkaçının ruhunun qidası! - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy )

Gənc skripkaçının ruhunun qidası! +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy )

AZpress.AZ xəbər saytının verdiyi məlumata əsasən bildiririk ki, gənc musiqiçi Ləman Əsədovanın Bakı Musiqi Akademiyasında solo konserti keçirilmişdir. Hər zaman yüksək səviyyədə konsert proqramı ilə çıxış edən Ləman Əsədovanın bu konsertində də proqram seçimi olduqca maraqlı idi.
Dünya bəstəkarlarından K. Sen Sans -"Etud formasında vals”, F.Şopen - "Nokturn"(cis moll) , J.Bize, Sarasate - "Karmen fantaziya", F.Kreysler - "Çin qavalı", . S.Raxmaninov - "Vokaliz", P.İ. Çaykovski - "Vals-skertso", A.Piazzollo - "Tanqo"(Chau Paris) və görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirov - "Muğam poema" kimi əsərlərini yüksək peşəkarlıqla musiqi sevərlərə ərməöan etmişdir. Sevindirici haldır ki, bu gün Azərbaycan gəncləri arasında gedən rəqabət zövqlü musiqimizin inkişafına daha böyük nailiyyətlər gətirməyə başlamışdır. Ləman Əsədova kimi gənclərimizin olması isə Azərbaycan musiqisinin adına böyük bir fəxrdir.
Ləman Əsədova skripka alətində ifa etməyə çox kiçik yaşlarından başlamışdır.O, 2005-2011 -ci illərdə Fikrət Əmirov adına 6 saylı İncəsənət məktəbində təhsil almışdır. O, 2011 -ci ildən təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində davam etdirməyə başlamışdır. Ləman bir çox müsabiqə və festivallarda uğurla çıxış etmiş, diplomla təltif olumuşdur. 2013-cü ildə Heydər Əliyev adina 2- ci Respublika Müsabiqəsinin laureatı , 2014- cü ildə Rusiyanın Azərbaycandaki səfirliyinin təşkilatçılığı ilə keçirilən 10- cu Respublika musabiqəsində isə 1-ci yerə layiq görülüb. 2014 cü ildə İslam Dünyası gənclərinin klassik musiqi ifaçılarının 3- cü Beynəlxalq müsabiqəsinin laureatı olmuşdur. 2015 ci ilin may ayında Rusiyanin Oryol şəhərində keçirilən Delfin oyunlari Beynəlxalq müsabiqəsində iştirak edərək musabiqənin diplom və sertifikatına layiq görülüb. 2015- ci il dekabr ayında Novosibirsk şəhərində keçirilən gənc ifaçıların P.İ.Çaykovski adına Beynəlxalq müsabiqəsində uğurla çıxış edərək "Ümid" adlı xüsusi diploma və sertifikata layiq görülmüşdür. 2016 cı il sentiyabr ayinda "Gələcəyin Ulduzları" 5-ci beynəlxalq festivalında 2-ci yerə ,2017- ci ilin mart ayında keçirilən "Testene Art Baku" festivalında birinci yerə layiq görülmüşdür. Ləman Respublikanın bir çox mədəniyyət ocağlarında altı dəfə uğurlu solo konsertlərlə çıxış etmişdir Hal hazırda Bakı musiqi Akademiyasının birinci kursunda baş müəllim Mina Aslanovanın sinfində təhsilini davam etdirir. Ona bu şərəfli yolda daha da əzimlə irəliləməyi, dünya arenasında istedadlı gənc kimi tanınmağı arzu edirik.
AZpress.AZ, Minə Türksoy.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !