Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası Bakıda keçiriləcək -

Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası Bakıda keçiriləcək

Bakı şəhəri Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı (ÜTT) İcraiyyə Şurasının 110-cu sessiyasına ev sahibliyi edəcək. Dövlət Turizm Agentliyindən verilən məlumata əsasən, bu barədə qərar təşkilatın İcraiyyə Şurasının İspaniya Krallığının San-Sebastian şəhərində 23-25 may tarixində keçirilən 108-ci sessiyasında verilib. Bu mötəbər tədbirin 2019-cu ilin may ayında baş tutması planlaşdırılır.
Sözügedən sessiyanın Bakıda keçirilməsi Azərbaycan ilə ÜTT arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanın dünya ölkələri arasında imicinin daha da artırılması və ölkənin cəlbedici turizm məkanı kimi potensialının daha geniş təbliği baxımından böyük əhəmiyyət kəsb edir. 40-dan artıq ölkədən tədbirə təşrif buyuracaq dövlət rəsmiləri və digər qonaqlar ölkəmizin turizm imkanları və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Xatırladaq ki, Azərbaycan 2013-cü ildən təşkilatın İcraiyyə Şurasında təmsil olunur və qurumun qərar qəbul etmə prosesində fəal iştirak edir.
108-ci sessiyada ölkəmizi Dövlət Turizm Agentliyinin və Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin üzvlərindən ibarət nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Azərbaycan Respublikasının ÜTT yanında daimi nümayəndəsi səfir Anar Məhərrəmov rəhbərlik edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 aprel tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb və Fuad Nağıyev quruma sədr təyin edilib.
Dövlət başçısı İlham Əliyevə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik məktubu ünvanlayan Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ölkəmizdə turizm sənayesinin inkişafına cənab Prezidentin göstərdiyi şəxsi dəstəyə görə minnətdarlığını bildirib. O vurğulayıb ki, bu dəstək Azərbaycan hökumətinin turizm sahəsinə ölkənin davamlı sosial-iqtisadi inkişafında əsas vasitə kimi yanaşmasının əhəmiyyətini təcəssüm etdirir.
Zurab Pololikaşvili qeyd edib ki, artıq Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyev ilə əlaqə saxlanılıb və Ümumdünya Turizm Təşkilatı Azərbaycanın turizm sənayesinin gələcək inkişafı üçün üzərinə götürdüyü öhdəliklərlə bağlı tam dəstəyini ifadə edib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !