GƏLİR SORAĞIN - - Şirinxanım Kərimbəyli ŞADİMAN

GƏLİR SORAĞIN - Şirinxanım Kərimbəyli ŞADİMAN

GƏLİR SORAĞIN

 

Xarıbülbül, Qarabağın
qalıb yağılar əlində.
Qusardan gəlir sorağın,
Şəbnəmlər ağlar telində.

 

Sən Vətənin o başından
bu başına niyə gəldin?
Güllələr uçdu qarşından,
Şuşa əsir- deyə gəldin!

 

Xarıbülbül, düşməndənmi
sən də düşşdün qaçaqaça?
Fəryad doğub sinəndənmi?
Yaradandan imdad quca!

 

Bənövşəyi üzündəki,
Çiçəyində yürd həsrəti,
Əsir Cıdır düzündəki,
Yağıların həqarəti!-

 

Nə vaxt bitər bilməyirik,
Nə sən, nə biz, xarıbülbül.
Bir məxrəcə gəlməyirik,
Demək olmur göz yaşın sil!

 

Ağlama düşmənlər gülər,
Şehlərini qurt üzdən.
Ahından canım sökülər,
Bir səda yox Cıdır düzdən.

 

Xarıbülbül, gözəlliyin
Parlayan ulduza bənzər.
Fəqət fərqli özəlliyin,
Adın Qarabağla gəzər.

 

Xarıbülbül, dik tut başı,
Yurdun yağılara qalmaz.
Sel olmasın qoy göz yaşı,
Dəyərin itirməz almaz.

 

Harda bitsən Vətən gülü,
Harayısan Qarabağın.
Oyatma sarı bülbülü,
Köz eyləyər sinə dağın!

 

Xarıbülbül, bu Şadiman
Səni gördü bağrı yandı.
Tapıla Şuşana dərman,
Dildə bitib Vətən andı!!!
24.05.2018
Şirinxanım Kərimbəyli Şadiman

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !