AMDT-nın kollektivi Mehdi Məmmədovun məzarını ziyarət edib - (+FOTOLAR)

AMDT-nın kollektivi Mehdi Məmmədovun məzarını ziyarət edib (+FOTOLAR)

Akademik Milli Dram Teatrının kollektivi Fəxri xiyabanda xalq artisti, görkəmli rejissor
Mehdi Məmmədovun məzarını ziyarət edib. Teatrın mətbuat xidmətindən verilən
məlumata görə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram
Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Mehdi Məmmədovun
Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb.
O, qeyd edib ki, Mehdi Məmmədov Azərbaycan teatrı və mədəniyyətinin böyük
simalarından biridir: “Mehdi müəllim həm Akademik Milli Dram Teatrında, həm də Teatr
Xadimləri İttifaqında çox böyük işlər görüb. Mehdi Məmmədovla bağlı mənim çox gözəl
xatirələrim var. O, təkcə sənətkar kimi yox, eyni zamanda müəllim və insan kimi böyük
mənəvi keyfiyyətlərə malik şəxsiyyət idi”.
Mehdi Məmmədovun ailə üzvləri adından çıxış edən Əsəd Məmmədov görkəmli
sənətkarın quruluş verdiyi tamaşalar, yetişdirdiyi tələbələr haqqında danışıb: “Teatr
onun həyatı idi. Mehdi Məmmədov öz həyatını teatrsız təsəvvür edə bilmirdi, həyatın
hər bir hadisəsini teatra qısqanırdı. Teatra olan hədsiz marağının nəticəsi idi ki, ruhani
atasının iradəsi əleyhinə çıxıb bu sənəti seçmişdi. Ömrünün sonun qədər müəllim oldu,
tələbələr yetişdirdi, teatrımızın inkişafı üçün əlindən gələni etdi”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev görkəmli teatr rejissoru, tanınmış
aktyor, teatrşünas alim və pedaqoq, SSRİ Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı,
sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədovun anadan olmasının
100 illiyinin qeyd olunması münasibəti ilə Sərəncam imzalayıb. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !