84 yaşlı Mirhəsən kişi 73 ildən sonra atasının qəbrini tapdı +FOTOLAR ( AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı )
Bu xəbəri paylaş
Masallı rayonunun Bədəlan kəndindən 84 yaşlı Mirhəsən kişi 73 ildən sonra atasının qəbrini tapdı
RF-nın Taqanroq şəhərində
Masallı. Xəbər verdiyimiz kimi Rusiya Federasiyasının Taqanroq şəhərində baş tutan 9 may Qələbə günü maraqlı məqamlarla yadda qalıb. Rusiya KİV-lərinə istinadən bildirirk ki, Azərbaycandan xüsusi dəvətlə gələn Cəfərovlar ailəsi 73 ildən sonra Taqanroq şəhəri Primorka qəsəbəsi yaxınlığında babaları Cəfərov Kazım Mirnəbi oğlunun qəbrii tapıblar. Məlumat üçün bildirək ki, Cəfərov Kazım Mirnəbi oğlu Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur.
Yerli veteranlar şurasının dəvətiylə Masallı rayonunun Bədəlan kəndindən Taqanroqa gələn 6 nəfərlik Cəfərovlar ailəsi bu şəhərin faştsitlərdən azad edilməsində qəhrəmancasına həlak olan babaları Kazımın qəbrinə gül dəstəlri qoyublar.
Qəhrəmanın oğlu 84 yaşlı Mirnəbi Cəfərov yerli dövlət qurumlarına və diaspora təşkilatlarına öz minnətdarlığını bildirib.
Əlhüseyn Şükürov.
Xüsusi olaraq
AZpress.AZ -a.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,
Bu xəbəri paylaş

ç ə k i l i ş i və M E D İ A DƏSTƏYİ
www.azpress.az




