ÇIRAQQALA HARAYI - - Asif Rüstəmli

ÇIRAQQALA HARAYI - Asif Rüstəmli

Çıraqqala IV-VI əsrlərin nadir tarixi abidəsi, qürur qalası, sənətin və qeyrətin yüzilliklərin qaranlıqlarına ən gur işıq saçan, bir Azərbaycan gözəlinin yanılı qoyub getdiyi daş çırağıdır. Çıraq-Qaya zirvəsində - 1232 metr yüksəklikdə, sıldırım qayanın zirvəsində ucaldılan bu möhtəşəmlik simvolu, sirli-sehirli möcüzələr yuvası, milli memarlığımızın sənətkarlıq tacıdır. Bakıdan 150 km məsafədə yerləşən, ətrafı yamyaşıl meşəliklə əhatələnmiş, gözəlliyə bələnmiş bu sənət incisi bayırdan əzəmətli, qürurlu görünsə də, içdən, daxildən yaralı pələngə bənzəyir... Zaman adlı dnezavr təməlini qəlpə-qəlpə qopartmışdır. Çıraqqalanın içərisindəki piltə yeri kimi görünən boşluğu da nəzərə alsaq bu ucaboy abidənin indiyədək necə salamat qalması heyrət doğurur. Bünövrəsinin, təməlinin ciddi zədə almasına baxmayaraq hələ də şax, məğrur dayanan Çıraqqalanı səssiz haray məşəlinə bənzətmək olar. 1600 il ayaq üstdə dayanan bu abidə istənilən an fəryad qopararaq, nərilti, gurultu salaraq özünü Çıraq-Qaya zirvəsindən ata bilər, uça, dağıla bilər... Tariximizin, mədəniyyətimizin daş sütunlarından biri olan Çıraqqalanın taleyinə biganə qalmamalıyıq, çırağımızı öz əlimizlə söndürməməliyik!!! Çıraqqala son nəfəsdə bizi köməyə çağırır... Çıraqqala harayını, Çıraqqala fəryadını eşidəcəyikmi?!
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !