Qanunsuz yolla əldə olunmuş meşə materialı aşkar edilib - (+FOTOLAR)

Qanunsuz yolla əldə olunmuş meşə materialı aşkar edilib (+FOTOLAR)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Tükəncil
kəndinin həyətyanı sahələrində meşə materiallarının yığılması ilə bağlı daxil
olan məlumat Ətraf Mühitin Mühafizəsi Departamentinin və Lənkəran Günəhir
kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə
dərhal yerində araşdırılıb.
Sözügedən kəndin həyətyanı sahələrinə keçirilən baxış zamanı
ümumilikdə 29.6 m 3 həcmində 3251.12 manat nırx dəyərində qanunsuz yolla
əldə olunmuş meşə cinsli ağaclardan hazırlanmış taxta və girdə işlik meşə
materialları aşkar edilib.
Faktlarla bağlı həyətyanı sahələrin sahibləri Əlirza Baxşıyev və Hakim
Bayramov barəsində qanunvericiliyə uyğun sənədləşmə aparılıb. Hazırda meşə
materiallarının kəsildiyi ərazilərin müəyyənləşdirilməsi və zəruri tədbirlərin
görülməsi istiqamətində işlər davam etdirilir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !