Xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədilə təlimlərin təşkili -

Xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədilə təlimlərin təşkili

“Xalça Dünyası Assosiasiyası İctimai Birliyi “Xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədilə təlimlərin təşkili” layihəsinin icrasına start verib.

 

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Quba rayonunda icra olunacaq.

 

Qədim xalçaçılıq sənətinin yaşadılması bu gün prioritet məsələlərdəndir. Bu sənətin yaşadılması, qorunması, gələcək nəsillərə ötürülməsi, həmçinin bu sənətdən gəlir əldə edə bilmək üçün mütəxəssislərin yetişdirilməsi vacibdir. Layihə bu məqsədlə toxuculuq təlimlərinin təşkil edilməsindən, xanımların bu sənətə yiyələnməsinə dəstək olmaqdan bəhs edir.

 

Layihə çərçivəsində qədim xalçaçılıq sənətinin unudulmaması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə xanımlar arasında təbliğ ediləcək, xalça toxuma təlimləri təşkil ediləcək, xanımların peşə sahibi, peşəyə yiyələnməsi və gəlir əldə etmələri məqsədi ilə təlimlərə cəlb ediləcəkdir.

 

Quba rayonunda təşkil ediləcək təlimlərdə iştirakçılara qədim tarixi olan Quba xalçalarının nümayiş etdirilməsi nəzərdə tutulmuşdur.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !