Azerbaijan Fashion Week rəsmi moda həftəsinin 7-ci mövsümü keçiriləcək - - Bakıda

Azerbaijan Fashion Week rəsmi moda həftəsinin 7-ci mövsümü keçiriləcək - Bakıda

2018-ci il mayın 17-dən 19-dək Bakıda "Fairmont Baku Flame Towers" otelinin dəstəyi ilə Azerbaijan Fashion Week rəsmi moda həftəsinin 7-ci mövsümü keçiriləcək. İlk parlament respublikası - Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq Azerbaijan Fashion Week bir sıra dəb nümayişləri təşkil edəcək.

 

7-ci mövsümün qonaqları Fəxriyyə Xələfova, Diana Əhədpur Kəngərli, həmçinin Alex Chzhen, Yerlan Zholdasbek, Makhaim, Mak Mari kimi tanınmış dizaynerlər olacaq.

 

Moda həftəsi ərzində Azerbaijan Fashion Week Azərbaycan qadınlarının gözəllik və dəb tarixinə dalmağa imkan yaradacaq. Gözləriniz önündə yüz il müddətində dəyişən obrazlar canlanacaq. Son əsrin dəb təkamülünün şahidi olacaqsınız.

 

2018/2019 Payız-Qış mövsümü sürprizlər hazırlayır. Azərbaycan dizaynerləri inkişaf edir, güclənirlər, moda cəmiyyətinin yeni üzvlərinin sayı həndəsi silsilə üzrə artır.

 

Əsas nümayiş proqramı ilə yanaşı, ənənəvi hala çevrilən Showroom АFW də təşkil olunacaq. Showroom АFW-in əsas məqsədi - butik sahibləri və bayerlərə uzun-uzadı vasitəçi zəncirindən yan keçərək və axtarışlar üçün vaxt itirmədən dizaynerlərlə bilavasitə ünsiyyətə girmək, mövsümün yenilikləri barədə öyrənmək, yerində və zamanında öz brendini tapmaq, öz qarderobu üçün nəsə yeni geyim seçmək imkanı yaratmaqdır.

 

Öz fəaliyyəti dövründə yüksək səviyyəli təşkilatçılığı və ölkənin moda hadisəsinin aparıcısı statusunu qazanması sayəsində, Azərbaycan Fashion Week təşkilati komitəsi, ölkəni və regionu fashion-cəmiyyətində tanınmasını beynəlxalq səviyyəyə yüksəldilməsi adına, müxtəlif ölkələrdə keçırilən moda həftəsi ilə bir cox tərəfdaşlıq müqavilələri bağlayıb. Hal-hazırda Mercedes-Benz Fashion Week Russia, Kazakhstan Fashion Week, Tbilisi Fashion Week, Caspian Fashion Week, Belarus Fashion Week, Krasnodar Fashion Week – Azerbaijan Fashion Week-in tərəfdaşlarıdır. Bir neçə gün əvvəl Volqa Fashion Week ilə razılaşma imzalandı. Beləliklə onlar da Azerbaijan Fashion Week-in şərəfli qonaqları arasında olacaqlar.

 

Tədbirlərin cədvəli, məkanların siyahısı, dizaynerlər haqda daha ətraflı http://www.afw.az/az saytından məlumat əldə edə bilərsiniz.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !