Qardaşımın gələcək ARVAD ı - - ( AZpress.AZ - HƏCƏR MƏLİKOVA )

Qardaşımın gələcək “ARVAD”ı - ( AZpress.AZ - HƏCƏR MƏLİKOVA )

Xalqımızın qonaqlıq, elçilik, toy kimi gözəl adət-ənənələri var. Əvvəllər nənəmdən eşitmişdim ki, gəlinlik qızları Bakılılar hamamda baxım – görüm edirmişlər. Zaman keçdikcə Bakıda hamamlar müasirləşib “SAUNA” olandan sonra... Daha abır-həyaya sığınan nənələr adətlərimizə bir az əl gəzdirib dəyişikliklər etdilər... Qız toylarında yaxından baxıb, görüb, oturuşuna-duruşuna, anasına baxıb qızını almaq qərarına gəldilər. İllər keçdi daha toylar da dəbdən düşdü... Telefon dövrü “at” oynatmağa başladı... Nənəm, anam rəhmətə getdi... (Allah bütün rəhmətə gedənlərin ruhunu şad etsin)... Qardaşımı evləndirmək zamanı gəldi... Bu missiyanı təbii ki, mən həyata keçirməli olduğum üçün... Üstünlük verdim “telefon”a... Nə qədər olmasa zamanla ayaq uyduracaq yaşdayam axı... Səs saldım dosta-tanışa ki, ağıllı, tərbiyəli, savadlı, iş-güc bilən bir qız şəklini göndərin baxım...
Bir-birindən gözəl şəkillər göndərdi... dostlar sağ olsun. Baxdıqca arada dedim bu qız qardaşımı bəyənməz. Nə gözəl xəlq eyləyib, yaradan səni. Qüsursuz, ağ dəri, gözəl gözlər, bəyaz dişlər və s. Bir baldız olaraq yaxından baxım, görüm, tanımaq istədim. Vaxt vədə gəlib çatdı. Razılaşdığımız məkanda gələcək “GƏLİN”i səbirsizliklə gözləməyə başladım. Çox keçmədi ki, bir qara qız, üz dərisi problemli, dişlərində breket gəldi oturdu qarşımda. Bəs mən FİLANKƏSƏM! Bir telefondakı şəkilə baxdım... bir buna... Vəziyyəti yola vermək üçün təklif etdim bir xatirə şəkli çəkdirək. Qız telefonda hey eşələndi, ön kameranı mənə tuşlayanda... İLAHİ! Mən niyə bu vəziyyətdəyəm... Saçımın içində qulaqlar, burnumda “İT”in burnu... Özüdə olub əvvəlki HÜSNÜ CAMALINDA...
Texnologiyanın inkişafı ilə ərsəyə gələn “Selfi” proqramlarının sayəsində qüsursuz gözəlliyə sahib olanlar... Allah bu son texnologiyanı inkişaf etdirənlərin “Atalarına rəhmət etsin” deyin hər selfi edəndə...

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !