Tələbələrin çöl-tədris təcrübəsi başlayıb - (+FOTOLAR)

Tələbələrin çöl-tədris təcrübəsi başlayıb (+FOTOLAR)

Tələbələrin Quba Tədris-təcrübə və İstirahət Mərkəzində çöl-tədris təcrübəsi başlayıb

 


Bakı Dövlət Universitetində (BDU) müvafiq ixtisaslar üzrə istehsalat çöl təcrübəsinə start verilib. Rektor, akademik Abel Məhərrəmov Qubanın II Nügədi kəndindəki Tədris-təcrübə və İstirahət Mərkəzinə yola düşən tələbələrlə görüşərək hər tədris ilinin sonunda baş tutan tədbirin bu il ümummillli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə təsadüf etdiyini söyləyib. Tədris-təcrübə mərkəzinin 1967-ci ildən fəaliyyətə başladığını, müəyyən illərdə münbit şərait olmadığından tələbələrin təcrübə imkanlarının məhdud olduğunu deyən rektor 2012-ci ildə yeni mərkəzin tikintisinə şərait yaradıldığını, 2013-cü ildə Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Quba Tədris-təcrübə və İstirahət Mərkəzinin açılış mərasiminin keçirildiyini qeyd edib. Akademik Abel Məhərrəmov mərkəzdə universitetin təbiət və humanitar fakültələrində təhsil alan tələbələr üçün müxtəlif tədris təcrübələri keçmək, eləcə də müəllim və tələbələrin istirahəti üçün hər cür şərait yaradıldığını, indiyədək minlərlə tələbənin təcrübə keçdiyini vurğulayıb. O, ötən beş il ərzində əməkdaşlıq müqavilələri əsasında Türkiyə, Çexiya, Almaniya, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və bir sıra digər ölkələrin universitetlərinin alim və tələbələrinin, həmçinin Almaniyanın GİZ təşkilatının mütəxəsslərinin tədris-təcrübə mərkəzində yay məktəbində və təcrübədə olduqlarını da qeyd edib. Rektor Biologiya fakültəsinin Biologiya müəllimliyi ixtisası üzrə 93, Biologiya ixtisası üzrə 116, Su bioehtiyatları və akvabitkilər ixtisası üzrə 15 nəfər və 11 rəhbər müəllim olmaqla tədris təcrübəsi keçmək üçün yola düşənlərin hər birinə uğurlar arzulayıb.
Sonra tələbələr təcrübə rəhbərləri ilə birlikdə avtobuslarla universitetin Tədris-təcrübə və İstirahət Mərkəzinə yola salınıblar. Qeyd edək ki, təcrübə fakültələr üzrə mərhələli şəkildə davam etdiriləcək.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !