MAAŞLAR ARTIRILDI - - Nəhayət ki...

MAAŞLAR ARTIRILDI - Nəhayət ki...

Milli Məclis sədrinin maaşı 2475, deputatların maaşı 1732 manata qədər artırıldı

 

Milli Məclis (MM) deputatlarının maaşı arıtılır.

 

“Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilir.

 

Maaş artımına əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.

 

Dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq ediləcək. 

 

                                                                                  ***

 

Qüdrət Həsənquliyev: “Deputat 8 min manat maaş almalıdır”

 

“Düşünürəm ki, bu artım yetərli deyil. Ona görə ki, ölkədə devalvasiya baş verib, əməkhaqqı vətəndaşların ləyaqətli həyatını təmin etməlidir. Dövlət qulluqçuları, ali hakimiyyət orqanlarının təmsilçiləri başqa qazanc və gəlirlər barədə düşünməməlidirlər. Hesab edirəm ki, əməkhaqqı ilə öz ailələrini layiqincə təmin etməlidirlər. Region ölkələrindən əməkhaqqına görə geri qalırıq”.

 

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatların maaşlarının artırılmasının müzakirəsi zamanı parlamentin üzvü Qüdrət Həsənquliyev deyib.

 

“Bəzi qonşu dövlətlərdən isə əməkhaqqımız bir neçə dəfə aşağıdır. Azərbaycan Prezident Administrasiyasının işçilərinin nə qədər maaş aldıqlarını bilmirəm, bu barədə məlumat verilsəydi, yaxşı olardı. Bizə verilən məlumata görə, hətta orada şöbə müdirinin əmək haqqı Milli Məclisin rəhbərliyinin əmək haqqından yüksəkdir. Düşünürəm ki, spiker 10 min, deputat isə 8 min manat maaş almalıdır”.

 

Milli Məclisin sədri Oqtay Əsədov isə bu yanaşmanın yanlış olduğunu qeyd edib. O bildirib ki, Q.Həsənquliyevin dedikləri doğru deyil.

 


 

 

                                                

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !