Bakıda Aİ-Azərbaycan Biznes Forumu keçiriləcək -

Bakıda Aİ-Azərbaycan Biznes Forumu keçiriləcək

Bakıda hər il ənənəvi olaraq keçirilən Aİ-Azərbaycan Biznes Forumu bu il 5 iyun tarixində baş
tutacaq. Avropa və Azərbaycan şirkət nümayəndələri və rəsmiləri ölkədə həyata keçirilən son
iqtisadi islahatlar və bir sıra mühüm sənaye sahələrindəki inkişaf ilə bağlı müzakirələr aparacaq.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK)
və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə əməkdaşlığı ilə
Azərbaycan və Avropa şirkətlərini və digər maraqlı tərəfləri qarşıdan gələn 5 iyun 2018-ci il tarixində
keçiriləcək Aİ-Azərbaycan Biznes Forumunda iştirak etməyə dəvət edir. Forum Bakı şəhərində, JW
Marriott Absheron Hotelində keçiriləcək.
Biznes Forum Azərbaycanın iqtisadi islahatları ilə bağlı yeni perspektivləri təqdim edəcək və biznes
liderləri, investorlar, hökumət nümayəndələri və siyasət formalaşdıran digər şəxslərdən ibarət
təxminən 500 yüksək səviyyəli nümayəndələri bir araya gətirəcək. İştirakçıları mövcud biznes
imkanları və çətinliklər barədə dialoqa cəlb etmək məqsədilə mühüm sektorlardan olan Kənd
Təsərrüfatı və Qida, Tikinti və Maşınqayırma, Nəqliyyat və Logistika, İKT və Elektron Ticarət sahələri
ilə bağlı panel müzakirələri təşkil olunacaq.
Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Jankauskas hər il keçirilən Biznes Forumun məqsədi
ilə bağlı qeyd edib: "Son illərdə Azərbaycan hökuməti iqtisadi islahatların həyata keçirilməsində
mühüm nailiyyətlər əldə etmişdir. Biznes Forum bu nailiyyətlərə və hələ də mövcud olan çətinliklərə
nəzər yetirilməsi, Aİ və Azərbaycandan olan bütün maraqlı tərəflərin fikir və təcrübələrinin
paylaşılması və yeni biznes əlaqələrinin yaradılması üçün unikal imkanlar təqdim edir.”
Aİ ölkələrinin Azərbaycandakı Ticarət Palataları və innovativ start-up şirkətləri tədbirin keçiriləcəyi
məkanın qəbul zalında özlərini təqdim edəcəklər. Azərbaycan və Aİ şirkətləri yeni biznes əlaqələri
yaratmaq məqsədilə ikitərəfli görüşlər (B2B) keçirmə imkanı əldə edəcəklər.
Ətraflı məlumat və qeydiyyat
Daha ətraflı məlumat və qeydiyyat üçün tədbirin veb səhifəsini ziyarət edə bilərsiniz:
https://www.ahk-baku.de/az/tdbirlr/tdbir-tfrrueatlari/ai-azrbaycan-biznes-forumu-2018/
Tədbirdə iştirak ödənişsizdir və qeydiyyat üçün son tarix 15 May 2018-ci ildir. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !