Musiqili Teatrda sənəd qəbulu davam edir -

Musiqili Teatrda sənəd qəbulu davam edir

AZpress.AZ xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrı kollektivin simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib. Müsabiqədə 20 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər. Sənədlər Musiqili Teatrda qəbul edilir.
Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev bu barədə söhbətində bildirmişdir ki, belə müsabiqənin keçirilməsi çox vacibdir. Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. İstər yaradıcı heyət, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək düşür. İstedadlı kadrlara çox ehtiyacımız var. Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə yeniliklər nəzərə çarpacaq.
- Artıq teatr 108-cı mövsümünü başa vurmaq üzrədir. Biz teatrda yaradıcılıq işlərinin yüksək səviyyədə qurulması üçün bütün qüvvəmizdən istifadə etməyə çalışırıq - bu sözləri də Əliqismət Lalayev söyləmişdir.

 

                                                                                  ***

 

E L A N



Azərbaycan Dövlət Musiqili Teatrı aşağıdakı ixtisaslar üzrə işə qəbulla bağlı müsabiqə elan edir:
1. Aktyorluq sənəti üzrə (azərbaycan və rus bölməsi)
2. Orkestr ifaçılığı
3. Rəqs sənəti
Müsabiqənin şərtləri:
- Teatr sənəti sahəsində çalışan ali təhsilli və ya bu sahədə təhsil alan 20 yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilər.
- Sənədlərin qəbulu 01 iyul 2018-ci ilə qədər davam edəcək.



Tələb olunan sənədlər:

 

- Şəxsiyyət vəsiqəsinin surəti
- Ali təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali məktəbdən
arayış)
- Əmək kitabçasının surəti
- Tərcümeyi-hal
- Yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən)
- 2 fotoşəkil (3x4)
- Fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri
fərmanların surətləri

 


Əlaqə telefonları:
Kadrlar şöbəsi: (012) 493 88 37 (daxili nömrə: 194)
Qəbul otağı: (012) 498 13 21
E-mail ünvanı: info@musiqiliteatr.az

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)


 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !