XİLAS EDİLMİŞ MƏDƏNİ SƏRVƏTLƏR ADLI SƏRGİ-SEMİNAR - (+FOTOLAR)

“XİLAS EDİLMİŞ MƏDƏNİ SƏRVƏTLƏR” ADLI SƏRGİ-SEMİNAR (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Ölkəmizdə tarixi – mədəni abidələrin, eləcə də sənət əsərlərinin bərpası böyük dövlət və ictimai əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanda bərpaçılıq sənətinin artıq yarım əsrlik tarixə malik olması da bu qayğının ifadəsidir. Bu peşənin xalqın maddi və mənəvi dəyərlərinin qorunmasına xidmət etməsi ona olan diqqətin davamlılığını şərtləndirib.
Azərbaycanda Muzey Sərvətlərinin bərpa işinin təməli 1957-ci ildə ilk professional bərpaçı – rəssam Fərhad Hacıyev tərəfindən qoyulmuşdur.
İlk fəaliyyət illərində burada yalnız rəngkarlıq və qrafika əsərləri bərpa edilirdi.
Qədim Azərbaycan xalçasını və xalça məmulatlarını olduğu kimi gələcək nəsillərə çatdırmaq məqsədi ilə mərkəzdə xalça şöbəsinin yaranması da vacib idi.
MSXƏEBM – nin əsas vəzifəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə tabe olan Muzeylərdə bərpaya ehtiyacı olan muzey əşyalarının qeydiyyata alınması, praktiki və konservasiya əməliyyatlarının aparılması, muzeylərdə əşyaların mühafizə vəziyyətinin yoxlanılması və lazımi məsləhətlərin verilməsindən ibarətdir.
Bu günədək Elmi Bərpa Mərkəzində 20.000-ə yaxın müxtəlif muzey eksponatları bərpa və konservasiya olunub, muzeylərə qaytarılıb.
Müstəqil Respublikamızda bu gün fəaliyyət göstərən 225-ə qədər muzey kolleksiyasına daxil olan maddi – mədəniyyət nümunələrinin, sənət əsərlərinin və tarixi əhəmiyyət daşıyan sənədlərin taleyi artıq etibarlı əllərdədir. Cənubi Qafqazda yeganə olan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi artıq beynəlxalq bərpaçılıq məkanında yüksək professional vərdişlərin nümayişi ilə özlərinə layiqli mövqe qazana biliblər. Burada yarım əsr müddətində bu çətin peşənin nəsillərdən – nəsillərə ötürmək ənənəsi uğurla həyata keçirildiyindən bu sahənin taleyinin gələcəkdə də etibarlı əllərdə olacağına inam və zəmin yaradır.
23–25 aprel 2018–ci il tarıixlərində təşkil olunan “Xilas edilmiş mədəni sərvətlər” adlı sərgi-seminar regionlardakı muzey, qalereya, Heydər Əliyev Mərkəzlərinin əməkdaşlarını Mərkəzin fəaliyyəti və bərpa işi ilə tanış etmək məqsədi daşıyıb. Tədbirə Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd rayonlarının muzey, mərkəz və qalereyalarının əməkdaşları dəvət olunmuşlar. Tədbir müddətində bu rayonların muzey toplularına məxsus eksponatların bərpa prosesini əks etdirən foto-sərgi keçirilib, eləcə də mərkəzin fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !