ADGTT Formula 1 günlərində... - (+FOTOLAR)

ADGTT Formula 1 günlərində... (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, ADGTT-nın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov
bildirib ki, paytaxtımız üçün əlamətdar olan Formula 1 Azərbaycan Qran
Prisi günlərində ADGGT-da özəl repertuar tərtib etmişdi. Belə ki,
aprelin 26-da tamaşaçılara Lineyn trilogiyası əsasında Martin
Makdonaxın “Konnemarada bir kəllə”, 27-si “Yalqız Qərb” , 28-i
L.Nurenin “Mən gəldim qızlar” 29-u isə “Aydın” tamaşaları təqdim
edildi. 27-29 aprel tarixlərində və eləcə də ay boyunca bütün axşam
tamaşaları sinxron və titrlərlə nümayiş olundu. Formula 1 çərçivəsində
dünya klassikası və Azərbaycan dramaturqlarının seçmə əsərlərini
repertuarımıza daxil etmişik. İnanıram ki, şəhərimizin qonaqları
teatrlarımızla tanış olmağa zaman tapdılar”
Onu da qeyd edək ki, tamaşalar zamanı ingilis dilində subtitrlərin
tətbiqi yarış bitdikdən sonra da davam etdiriləcək. Tərcümə etdiyimiz
tamaşalar repertuar müddətində daim işlək olacaq. Digər bir hal isə
ondan ibarətdir ki, hazırda tərcümə edilmiş tamaşalardan hər hansı biri
digər xarici ölkələrdə festivala dəvət alarsa, biz həmin tamaşanı orada
təqdim edə bilərik.
Tamaşaları izləyənlər arasında Türkiyə, İran və Rusiyadan gəlmiş
turistlər var idi. “Yalqız Qərb” tamaşanı izlədikdən sonra qonaqlar
şəhərimiz haqqında təəssüratlarını bölüşüblər və razılıqlarını ifadə
ediblər. İtaliya, Türkiyə, Rusiya, İran və Pakistandan gəlmiş qonaqlar
tamaşanın koloriti, eləcə də teatr binasının orijinal dizaynı ilə bağlı
fikirlərini bölüşüblər. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !