ADGTT-may ayında 3 Beynəlxalq layihədə iştirak edəcək... - (+FOTOLAR)

ADGTT-may ayında 3 Beynəlxalq layihədə iştirak edəcək... (+FOTOLAR)

Bu il may ayının ilk ongünlüyündə ADGTT 3 Beynəlxalq layihədə iştirak edəcəkdir. Kollektiv mayın 1-dən 6-a dək Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində fəaliyyət göstərən Akademik Milli Dram Teatrı ilə bağlanmış “Qarşılıqlı qastrol səfərlərinə dair” müqaviləyə əsasən sözügedən teatrın səhnəsində görkəmli Azərbaycan ədibi A.Şaiqin “Tıq-tıq xanım” tamaşasını nümayiş etdirmək üşün yola düşəcəkdir. Səfərdə teatrın direktoru, Əməkdar İncəsənət xadimi Mübariz Həmidovun rəhbərliyi ilə 14 nəfərlik yaradıcı heyət iştirak edəcəkdir. Qastrol çərçivəsində Şimali Osetiya-Alaniya Respublikasının Mədəniyyət Naziri, teatr rəhbərləri və Azərbaycan diasporunun fəalları ilə M.Həmidovun bir sıra görüşləri də planlaşdırılmışdır.
ADGTT-nın kollektivi may ayının 2-dən 5-ə dək Türkiyə Cümhuriyyəti Anatalya Böyükşəhər Bələdiyyəsi Şəhər teatrlarının dəvəti ilə sözügedən şəhərdə R.Ağayevin “Sonluğun sonu” (ifaçı Güşvər Şərifova) mono tamaşası ilə ölkəmizi qardaş ölkənin Beynəlxalq Teatr Festivalında təmsil edəcəkdir.
May ayının 10-dan 16-a dək isə ADGTT-nın kollektivi Makedoniya Respublikası Bitola Mədəniyyət Mərkəzinin dəvəti ilə “XX Beynəlxalq Monodram” Festivalında iştirak etmək üçün P.Züskindin “Kontrabas” (ifaçı Azərbaycan və Kalmıkiya Respublikasının Əməkdar Artisti Şövqü Hwseynov) ilə yola düşəcəkdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !