İqlim dəyişmələrinə adaptasiya mövzusunda Konfrans keçirilib - (+FOTOLAR)

İqlim dəyişmələrinə adaptasiya mövzusunda Konfrans keçirilib (+FOTOLAR)

“İqlim dəyişmələrinə adaptasiya sahəsində meteorologiya təşkilatlarının vacib rolu” mövzusunda Konfrans keçirilib

 

Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibi Petteri Taalasın
Azərbaycana səfəri çərçivəsində 24 aprel 2018-ci il tarixində “Hyatt Regency”
mehmanxanasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə
“İqlim dəyişmələrinə adaptasiya sahəsində meteorologiya təşkilatlarının vacib
rolu” mövzusunda Konfrans keçirilib.
Konfransda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev,
Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibi Petteri Taalas, BMT-nin
İnkişaf Proqramının Rezident Nümayəndəsi Qulam İsaqzai və FAO-nun
Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk
Çakmak və beynəxalq təşkilatların, dövlət qurumlarının, elmi-tədqiqat
institutlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində həmçinin Azərbaycan Respublikası və Ümumdünya
Meteorologiya Təşkilatı ilə hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə
Ümumdünya Meteorologiya Təşkilatı arasında Anlaşma Memorandumu”
imzalanıb. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !