YARIŞ OTAĞI YENİDƏN HİLTON BAKU OTELİNDƏ! - (+FOTOLAR)

YARIŞ OTAĞI YENİDƏN HİLTON BAKU OTELİNDƏ! (+FOTOLAR)

McLaren otağının ilk qonaqları 2018 Formula 1 Azərbaycan Qran Prisinin texniki təftiş
marşalları olub
AZƏRBAYCAN, Bakı – aprel, 2018 – Yarış həyəcanının 3-cü dəfə Bakıya qayıtması ilə
hadisələrin mərkəzində yer alan Hilton Baku oteli də ənənəsinə davam edir.
Yeni istifadəyə verilmiş McLaren otağını ilk olaraq 2018 Formula 1 Azərbaycan Qran Prisinin
texniki təftiş marşalları ziyarət ediblər. Yarışın marşalları McLaren qarajından əvvəl bu otağa
baxış keçirərək həm unudulmaz təəssüratlar yaşayıb, həm də yeni təcrübə qazanıblar.
Texniki təftiş marşalları gündəlik olaraq hər bir bolidi, o cümlədən qəzaya uğramış bolidə də
təftiş edərək onun təhlükəsizlik və yarışa uyğunluq tələblərinə cavab verib-vermədiyini müəyyən
edir. Yarışdan əvvəl komandaların qarajlarını və həmçinin pilotun yarış zamanı istifadə etdiyi
bütün aksesuarları yoxlamadan keçirərək qaydalara uyğun olmasına nəzarət edirlər.
2005-ci ildən etibarən McLaren Formula 1 komandasının tərəfdaşı olan Hilton bu böyük yarışın
iştirakçısı olan komandaya “ikinci ev” kimi xidmət göstərir. Təsadüfi deyil ki, 60-ı yarışların
keçirildiyi 17 ölkədə olmaqla toplamda 5200-dən artıq oteldən ibarət şəbəkəsi olan Hilton ilə
McLaren arasında əməkdaşlıq günü-gündən güclənir.
McLaren komandasına yarışlarda göstərdiyi dəstəyə əlavə olaraq Hilton bu möhtəşəm
əməkdaşlığı böyük azarkeş auditoriyası ilə paylaşmaq üçün müxtəlif tədbirlər həyata keçirir.
Ötən ilki uğurun davamı olaraq Hilton Baku oteli bu il də komanda ila birgə McLaren dizaynlı
otaq hazırladı. Otağın stilistikası McLaren pilotları – Stoffel Vandorn və ikiqat dünya çempionu
Fernando Alonsodan ilhamlanaraq yaradılıb.
Otaqdan gözəl Bakı şəhərinə və təqvimdəki ən sürətli şəhər trekinə mənzərə açılır.
Bəzədilməsində istifadə olunan dəyərli xatirə əşyaları isə birbaşa McLaren komandasının Böyük
Britaniyadakı mənzil-qərargahından gətirilib. Bura komandanın yeni rəngləri və dizaynını
özündə əks etdirən pilot geyimləri və dəbilqələr, Pirelli yarış təkərləri və sükan – bir sözlə, çox
az sayda insanın yaxından görə bildiyi, daha azının isə toxuna bildiyi əşyalar aiddir.
McLaren otağı 73 milyondan çox üzvü olan Hilton Honors loyallıq proqramının rəsmi internet
səhifəsində hərraca çıxarılıb və qonaqlardan biri 110.000 xallıq ən yüksək təklifi edərək bu
unikal otağı icarəyə götürüb. Qaliblər yarış günlərində həm bu xüsusi dizaynlı otaqdan həm də
pəncərədən Bakı Şəhər Halqasına açılan möhtəşəm mənzərədən zövq ala biləcəklər.
Bu və digər unikal imkanlar, eləcə də Hilton Honors loyallıq proqramının üstünlükləri barədə
ətraflı məlumatı buradan əldə edə bilərsiniz. Hilton Honors-a buradan üzv ola bilərsiniz.
Qeydiyyat sürətlidir, pulsuzdur və çox rahatdır!


Hilton haqqında


Hilton (NYSE: HLT) dünyanın 105 ölkəsində otaqlarının ümumi sayı 856000-i aşmış 5200-dən çox əmlakı
özündə birləşdirən 14 dünya səviyyəli brendlə otelçilik sahəsində aparıcı qlobal şirkətdir. “Hər hotel, hər
qonaq, hər zaman” fəlsəfəsi altında irəli sürdüyü unikal təkliflərlə dünyanın ən qonaqpərvər şirkəti olmaq
onun əsas missiyasıdır. Şirkətin portfoliosuna Hilton Hotels & Resorts, Waldorf Astoria Hotels & Resorts,
Conrad Hotels & Resorts, Canopy by Hilton, Curio Collection by Hilton, DoubleTree by Hilton, Tapestry
Collection by Hilton, Embassy Suites by Hilton, Hilton Garden Inn, Hampton by Hilton, Tru by Hilton,
Homewood Suites by Hilton, Home2 Suites by Hilton və Hilton Grand Vacations kimi hotellər daxildir.
Həmçinin şirkətin Hiltons Honors loyallıq proqramı mövcuddur. Hilton-un tövsiyə olunan kanallarından
birbaşa alış edən Hilton Honors proqramı üzvləri onlara xal və pul ödənişi nisbətini müəyyən etməyə
imkan verən slayder, görülməmiş eksklüziv üzv endirimləri və pulsuz Wi-Fi kimi üstünlüklər qazanırlar.
Ətraflə məlumat üçün newsroom.hilton.com keçidinə, əlaqə üçün Facebook, Twitter, LinkedIn, Instagram
və Youtube hesablarımıza daxil ola bilərsiniz.


Hilton Honors haqqında


Hilton Honors dünyanın 105 ölkəsində otaqlarının ümumi sayı 856000-i aşmış 5200-dən çox əmlakın
daxil olduğu 14 dünya səviyyəli brendə sahib olan Hilton-un mükafat qazanmış loyallıq proqramıdır.
Hilton-un tövsiyə olunan kanallarından birbaşa alış edən Hilton Honors proqramı üzvləri onlara xal və pul
ödənişi nisbətini müəyyən etməyə imkan verən slayder, görülməmiş eksklüziv üzv endirimləri və pulsuz
Wi-Fi kimi üstünlüklər qazanırlar. Həmçinin proqrama üzv olmuş müştərilər ekzklüziv olaraq Hilton Honors
mobil tətbiqi vasitəsilə ən qabaqcıl rəqəmsal alətlərin istifadəsindən həzz alırlar. Tətbiq vasitəsilə onlar
otaq seçə, icarələyə və öz otaqlarına Rəqəmsal Açarla daxil ola bilərlər. Hilton Honors loyallıq proqramı
üzvlərə xalları qazanmaq və xərcləmək üçün çoxsaylı imkanlar yaradır. Proqram üzvləri xalları hoteldə
ödənişsiz gecələrə, premium merçendayz məhsullarına, Amazon Shop-da satılan əşyalara dəyişə,
xallarla xeyriyyə ianələri edə, Hilton Honors hərrac platformasında (hiltonhonors.com/auctions) eksklüziv
Live Nation® konsertləri və McLaren-Honda Formula 1 komandası ilə görüş kimi unikal tədbirlərə giriş
əldə edə bilərlər. Proqrama üzv olmaq pulsuzdur və səyahətçilər www.hiltonhonors.com ünvanına daxil
olmaqla qeydiyyatdan keçə bilərlər. Əlaqə üçün: news.hiltonhonors.com. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !