İran Mədəniyyət Mərkəzinin qapıları bu dəfə mədəniyyət işçilərinin üzünə açıldı! - +FOTOLAR ( AZpress.AZ - Minə Türksoy)

İran Mədəniyyət Mərkəzinin qapıları bu dəfə mədəniyyət işçilərinin üzünə açıldı! +FOTOLAR ( AZpress.AZ - Minə Türksoy)

AZpress.AZ xəbərəsaytının məlumatına əsasən bildirir ki, 18 Aprel İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzində İran İslam Respublikası və Azərbaycan Respublikasının kino və teatr sahəsində əməkdaşlıq prespektivlərinin araşdırılması iclası keçirildi. Görüşü giriş sözü ilə Mədəniyyət Mərkəzinin sədri Əsgəri Farsi açaraq qonaqları salamladı. Azərbaycan və İran kinomatoqrafçılarının uğurlu layihələrindən danışdı və görüşün məqsədinin 23 fevral İran kino günləri çərçivəsində Azərbacana səfəri zamanı İran Mədəniyyət və İslami Əlaqələr Mərkəzinin sədri Abuzər İbrahimi Türkəman yaxın gələcəkdə birgə layihələrin həyata keçirilməsinin hər iki ölkənin mədəniyyətinin müxtəlif sahələrinin o cümlədən kino və teatr sahəsində birgə layihələrin işlənməsinin nəzərdə tutulduğunu diqqətə çatdıraraq bu görüşün həmin layihələrin həyata keçirilməsi üçün ilk addımların olduğunu bildirdi.
Qeyd edək ki, tədbirdə Azərbaycanın kino və teatr sahəsində tanınmış rejissor, aktyor və aktrisaları iştirak edirdilər. Çıxış edənlərdən Əliqismət Lalayev, Rasim Balayev, Ənvər Əbluc, Kamran Yunis, və başqaları çıxışlarında hər yeni layihələrin birgə gələcək fəaliyyətlərdə iştirak etməkdən məmnunluq hisllərini bildirdilər və təkliflərini dilə gətirdilər. Tədbirin sonunda İran filmlərində rol almış aktyorlara diplom və hədiyyələr təqdim olundu.
Xatırladaq ki, tədbirin kuratorları rəssam, təşkilatçı Elnurə və Aygün İsgəndərovalardı.İsgəndərovalardan aldığımız məlumata əsasən bildiririk ki, yaxın günlərdə İran-Azərbaycan Kino sahəsində daha maraqlı layihələrin şahidi olacayıq. Təşkilatçıların məqsədi Azərbaycan İncəsənətinin tanınması , qarşılıqlı münasibətinin daha da inkişaf etdirilməsidir.

AZpress.AZ, Minə Türksoy.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !