Dini radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir... - +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Dini radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir... +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Ağcabədidə dini radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir təşkil olunub

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi rayonun hüquq-mühafizə orqanlarının şəxsi heyəti ilə birlikdə dini radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirib.
Tədbirdə Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov, Ağcabədi Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov, Dövlət Təhlükəsizliyi Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, kapitan Fərhad Süleymanov, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov mövzu ilə bağlı çıxış edərək zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.
Daha sonra çıxış edən Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov İslam dini və onun fəlsəfəsindən bəhs edib. S.Səmədov zərərli dini təriqətlərin yaranması, inkişafı və müasir vəziyyəti barədə də geniş məlumat verib.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov isə dini radikalizmə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə mövzu ilə bağlı çıxış edən digər natiqlər zərərli dini cərəyanlara qarşı aparılan mübarizə metodlarından danışıblar.

 

Fotomüxbir Mais Amin AZpress.AZ

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !