Həftəsonu Afaq Bəşirqızı ilə... - (+FOTO)

Həftəsonu Afaq Bəşirqızı ilə... (+FOTO)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq.
20, 21, 22 aprel tarixlərində saat 19.00-da “Talelər qovuşanda” (R.Hacıyev, F.Zöhrabov, E.Ocaqov), “Toya bir gün qalmış” (Ə.Səmədli) və “O olmasın, bu olsun” (Ü.Hacıbəyli) tamaşaları təqdim ediləcək.
Musiqili Teatr balaca teatrsevərlərin görüşünə 21 və 22 aprel saat 12:00-da “Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər) və “Yatmış gözəl və cırtdanlar” (Ş.Pero, səhnələşdirən A.Sadıqov) tamaşası ilə gələcək.
Teatrsevərlər nümayiş olunacaq səhnə əsərlərində milyonların sevimli gülüş ustası, xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Nahidə Orucova, Şövqü Hüseynov, aktyorlar Məhərrəm Qurbanov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Elxan İsmayılov, Ülviyyə Əliyeva, Elçin İmanov, Emil Heydərov, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Hüseyn Əlili, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Eleanora Mustafayeva, Güldanə Əzimova, Nadir Xasiyev, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Elnarə Nağdəliyeva, Türkel Tariqpeyma, Əmrah Dadaşov, Mehriban Zalıyeva, Şaban Cəfərov, Nicat Əli, Ruslan Mürsəlov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər.
Həftəni xoş ovqatla və yaddaqalan başa vurmaq istəyən hər kəs 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR : 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !